İstanbulda 6,2 bal gücündə zəlzələ baş verib
Azərbaycanın məqsədləri dəyişməyib - Mamicanyan
Rubio Ukraynaya görə narahatdır - Reuters
“Xalq qəzeti” ilə “Respublika” bağlanır, “Azərbaycan” isə...
Qarabağda iş imkanı: Əmək haqqı 3000 AZN
Tikinti biznesində “maliyyə piramidası”
Təbiətə 7200 manatlıq ziyan vurdular
Kəmaləddin Heydərov rəisi işdən çıxartdı
Zaur Kərimov AQTA-dan getdi - İstefa
Bu bankdan 150 milyon manata yaxın depozit geri çəkilib


15.04.2025  10:51 

Rusiya Qafanda konsulluq açmaq üçün İrandan icazə almalıdır? - ŞƏRH





A+  A-

“İran Ermənistanla birgə onun Sünik regionunda hərbi təlim keçirdi. Təlimlərin komandanı SEPAH-ın quru qoşunları komandanının müavini, briqada generalı Vəliyulla Mani idi”.

Bu barədə açıqlamanı XəzərNews.az-a politoloq Mübariz Əhmədoğlu verib.

M.Əhmədoğlu bildirib ki, İran ekspertləri artıq Sünikdə İranın hərbi bazasının yerləşdirilməsini aktuallaşdırıblar:

“Əvvəlcə bu ekspertlər İran və Ermənistanın birgə hərbi təlimlərini təbliğ edirdilər, istədiklərinə nail oldular. İndi də hərbi bazanın yerləşdirilməsi növbəti mərhələdir. Ermənistanın RF-ə Qafanda baş konsulluq açmasına icazə verməməsinin də səbəbi budur. Rusiya kontekstindən baxdıqda İran özünü Ermənistanın Sünik regionunun sahibi hesab edır. Rəsmi Yerevan yalnız ABŞ-ın Sünikdəki maraqlarının davamı naminə İrandan xahiş edə bilər”.

Politoloq vurğulayıb ki, Rusiyanın baş konsulluğunun açılması üçün Ermənistanın İrandan belə xahiş etməyə hətta hüququ yoxdur:

“Rusiya üçün qabarıq keyfiyyət dəyişikliyi RF sərhədçilərinin İran-Ermənistan sərhədindən çıxmasından başladı. İran həmin sərhəd ərazisində və mətbuatında “RF sərhədçilərinin Ermənistandan qovulması adlı” bayram etdi. Kremlin İranın RF üzrə siyasətini başa düşməsi üçün böyük silkələnmə olmalıdır və Ermənistan Rusiyanın ziyanına olan belə silkələnməyə doğru gedir”.



Xəbər 1578 dəfə oxunub.




22.04.2025  13:58 

Nazir səfirlə görüşdü


BÜTÜN XƏBƏRLƏR +