“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


02.02.2018  22:48 

Ankaradakı partlayışda terror izi ortaya çıxdı





A+  A-

Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında Ankaranın Çukuranbar rayonunda vergi müfəttişliyinin binasında partlayış baş vermişdi.
XəzərNews.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Ankara valiliyi hadisə yerində aparılan araşdırmalar nəticəsində partlayışda bomba istifadə edilməsinə dair izlər tapıldığını açıqlayıb.

Qeyd edilib ki, təhlükəsizlik kameralarından əldə edilən görüntüdə partlayışdan öncə şübhəli bir şəxsin binaya daxil olduğu görünüb. O, əlində gətirdiyi çantanı binanın qarşısına qoyub və içindəki bombanı işə salıb.

Hadisədən sonra həmin şəxsin axtarışlarına start verilib. Müxtəlif şəhər və rayonlarda aparılan araşdırmalar nəticəsində onunla əlaqədə olduğu ehtimal edilən 8 nəfər saxlanılıb.

Bundan başqa, 1 nəfər polisə müqavimət göstərdiyi üçün öldürülüb. Onun 1991-ci il təvvəllüdlü Ersen Ertogan olduğu açıqanlanıb. Həmin şəxsin Suriyada YPG terrorçularından təlim aldığı və qeyri-qanuni yollarla Türkiyəyə girməsi barədə məlumat dəqiqləşdirilir.

Qeyd edək ki, hadisədən sonra edilən ilkin açıqlamada partlayışın qaz sızması səbəbindən baş verdiyi bildirilmişdi.

Xəbər 1432 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +