Odessanı 21 pilotsuz uçan aparatla vurublar
“Əsassız 600 manat cərimə yazırlar” - AYNA-dan ŞİKAYƏT
Ədalət Abbasov vəzifəsindən azad olunub
Prezident Qusarda yol tikintisinə pul ayırdı
Heydərov oğlunun obyektinin istismarına icazə verdi
Bu deputat Kamran Əliyevə səs verməyib
Mal-qara oğruları saxlanıldı
Əsgəran-Xocalı yolunda meyit qalıqları tapıldı
Bank kartlarından 30716 manat talandı - Bir gündə...
3 milyon vətəndaşın banklara kredit borcu var


14.08.2023  09:42 

Ukrayna və rus hərbçiləri arasında 33 toqquşma olub





A+  A-

Son sutka ərzində Ukrayna hərbçiləri ilə Rusiya işğalçıları arasında 33 toqquşma olub.

XəzərNews.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı avqustun 14-də səhər hesabatında bildirib.

Xəbərdə deyilir ki, ruslar hava hücumlarına başlayıb, bir çox yaşayış məntəqələrini minaatan və artilleriyadan atəşə tutublar.

Kupyansk istiqamətində düşmən Luqansk vilayətinin Andreevkanın cənub-şərqində yerləşən ərazilərdə uğursuz hücum əməliyyatları keçirib. Baxmutda - Donetsk vilayətinin Andreevka və Kleşçievka ərazilərində də itirilmiş mövqelərini bərpa etməyə uğursuz cəhdlər edilib.

Avdeevka və Maryinka istiqamətlərində ukraynalı müdafiəçilər Avdiivka və Maryinka ərazilərində rus qoşunlarının irəliləməsini dayandırmaqda davam edirlər.

Ruslar Donetsk vilayətinin Staromayorskinin qərbindəki ərazidə itirilmiş mövqelərini bərpa etmək üçün uğursuz cəhdlər ediblər.

Ruslar Zaporojye vilayətinin Rabotino şəhərindən şərqdə itirilmiş mövqelərini bərpa etməyə çalışsa da, buna nail ola bilməyiblər.



Xəbər 1038 dəfə oxunub.



01.05.2025  12:34 

Mal-qara oğruları saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +