Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


22.12.2021  21:02 

Safura Əlizadənin atası azadlıqda...





A+  A-

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) İşlər idarəsinin sabiq müdiri Fərhad Mollazadə və İşlər idarəsinin Təsərrüfat şöbəsinin keçmiş müdiri Səlim Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, onların hər birinə şərti cəza verilib.

Dəymiş maddi ziyanın ödənilməmiş hissəsi 167 min manat məbləğ Səlim Əlizadədən alınaraq Xarici İşlər Nazirliyinə ödənilməlidir.

F.Mollazadə və S.Əlizadə 2020-ci ilin iyulunda Dövlət Təhlükəsizliyi Xidmətinin XİN-də apardığı əməliyyat zamanı saxlanılıb və barələrində həbs qətimkan tədbiri seçilib. Lakin dekabrda məhkəmə onları ev dustaqlığına buraxıb.

İttihama görə, F.Mollazadə S.Əlizadə və digərləri ilə əlbir olub çoxsaylı şirkətlər vasitəsilə nazirlik üçün hədiyyələr, dəftərxana ləvazimatları, suvenirlər və s. alınması məqsədilə ümumilikdə 2 milyon 543 min 173 manat vəsaiti mənimsəyiblər. F. Mollazadə dəymiş ziyanın 2,3 milyon manatını ödəyib.

Qeyd edək ki, Səlim Əlizadə Azərbaycanın “Avroviziya-2010” təmsilçisi, müğənni Safura Əlizadənin atasıdır. O, həmçinin mərhum energetika naziri Natiq Əliyevlə quda olub./"Qafqazinfo"

Xəbər 1668 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +