Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


28.09.2020  15:21 

“Qarabağdakı gərginləşmədə günahkar axtarmağın vaxtı deyil” - Kreml





A+  A-

“Kreml hesab edir ki, indi Dağlıq Qarabağda vəziyyətin gərginləşməsində kimin haqlı olduğunu və kimin günahkar olduğunu anlamaq vaxtı deyil və hərbi əməliyyatları dayandırmaq vacibdir”.
XəzərNews.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin Mətbuat katibi Dmitri Peskov açıqlama verib.

“Rusiya ATƏT-in Minsk Qrupunun həmsədridir və əlbəttə ki, nizamlanmada vasitəçi rolunu yerinə yetirir və bu cür mövqe müxtəlif səviyyələrdə vurğulanıb. İndi kimin haqlı, kimin haqsız olduğunu anlamaq yox, hər şeydən əvvəl düşmənçiliyi dayandırmaq çox vacibdir. Rusiya həmişə bu məsələdə balanslı mövqe tutub. Məhz bu mövqe Rusiyaya bu münaqişəni həll etmək üçün təsirini və hər iki ölkə ilə ənənəvi olan yaxşı münasibətlərini istifadə etmək imkanı verir”,- deyə Peskov qeyd edib.

Kreml rəsmisi bildirib ki, Moskva Dağlıq Qarabağdakı hərbi əməliyyatların dərhal dayandırılmasına və prosesi siyasi və diplomatik müstəviyə köçürməyə çağırır.

Onun sözlərinə görə, Dağlıq Qarabağ zonasında təmas xəttindəki vəziyyət Rusiya və digər ölkələr üçün ciddi narahatlığa səbəb olub.

Xəbər 2223 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +