Zabrat qəsəbəsində obyekt yanır - VİDEO
Bu səfirlikdə müşavir vəzifəsi təsis edildi - Sərəncam
Milyonlarla borcu olan şirkətlər bağlandı
“Ailə Park“ MTK gecələr söküntü aparır
Kommunal xidmətlər üzrə vahid abunəçi kodu yaradılır
Su altında qalan “Bağırov” körpüsü və “Kolin” şirkəti...
Lukaşenko Putinlə görüşmək üçün Volqoqrada gedib
Sorğuları “Fake News”un özü kimi, saxtadır! - Tramp
Kirill Dmitriyevin bacısı Ukraynaya necə səfər edib?
Evi yanan qazi çarəsiz durumda... - Kömək yoxdur


09.03.2020  14:29 

Müsəlman ölkəsində spirtli içkidən 14 nəfər öldü





A+  A-

İranda saxta spirtli içkidən 14 nəfər ölüb.
XəzərNews.az-ın APA-ya istinadən məlumatına görə, ötən gecə İranın Xuzestan əyalətinin Əhvaz şəhərində spirtli içkidən zəhərlənmə diaqnozu ilə 100-dən çox insan xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, onlardan 14 nəfər ölüb, bəziləri görmə qabiliyyətini tamam itirib.

İranın Səhiyyə Nazirliyi ölənlərin sayının artacağını istisna etməyib.

Bildirilir ki, həmin şəxslər sosial şəbəkələrdə koronavirusla mübarizədə spirtli içki içməyin təsirli olması ilə bağlı yayılmış yalan məlumata inanaraq, sənayedə istifadə olunan spirt qəbul ediblər.

Əhvaz şəhər Tibb Universitetinin rektoru Fərhad Əbul Nejadiyan Əhvazda saxta spirtli içkidən zəhərlənənlərdən bir nəfərin kor olduğunu və 8 nəfərin isə reanimasiya şöbəsinə yerləşdirildiyini bildirib.

Xəbər 1660 dəfə oxunub.




29.04.2025  13:33 

Sabah 21° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +