Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


31.05.2023  22:53 

Yeni İctimai Birlik qeydə alındı





A+  A-

“Səməndər” Araşdırmalar və İnformasiya Mərkəzi” İctimai Birliyi Ədliyyə Nazirliyi tərəfindən qeydə alınıb.

İB-dən Xəzərnews.az-a daxil olan məlumatda bildirilir ki, təşkilat qarşısına Azərbaycanda vətəndaşların sosial informasiyalarla təmin edilməsinə, hüquqi maariflənməsinə və ictimai iştirakçılığının güclənməsinə, elmi araşdırmalara, sosial-iqtisadi islahatlara dəstək vermək məqsədi qoyub.

Təşkilat üzvləri Türkiyədə cümhuriyyət dövründə demokratik çoxpartiyalı siyasi sistemin yaranmasına və bərqərar olmasına töhfə vermiş azərbaycanəsilli şəxslərin fəaliyyətini, irsinin öyrənilib təbliğ edilməsi istiqamətində işlərə başlamaq haqqında qərar qəbul edib.

Qeyd olunub ki, bu fəaliyyət zamanı siyasi tariximizin mühüm bir dövrü və istiqaməti haqda mövcud ağ ləkələrin aradan qaldırlmasına, eyni zamanda cəmiyyətlərimiz və siyasi partiyalar arasında sağlam münasibətlərin dərinləşməsinə töhfə vermiş olardıq. Bu məqsədlə ilk növbədə xaricidilli açıq informasiya resurslarından məlumatların toplanması, elektron arxivləşdirmənın aparılması məqsədəmüvafiq hesab edilib.



Xəbər 549 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +