Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


24.06.2022  11:09 

“Putin mənə qarşı çox seksist davrandı” - Klinton





A+  A-

Rusiya Prezidenti Vladimir Putini seksizmdə günahlandıran ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton Kreml sahibini onu təhqir etdiyini iddia edib.

Bu barədə “Financial Times” məlumat yayıb.

Klinton illər sonra Rusiya prezidenti ilə bağlı təəccüblü açıqlamalar verib.

Putini seksizmdə ittiham edən Klinton qadın olduğu üçün Rusiya liderinin ona qarşı kinli davrandığını deyib.

Klinton 2010-cu ildə Putinlə görüşü haqda da danışıb.

Sabiq dövlət katibinin sözlərinə görə, rəsmi görüş zamanı Putin onu təhqir edib:

“Mənə qarşı çox seksist davrandı”.

Klinton Putinin qəribə insan olduğunu vurğulayıb:

“Təkbətək faydalı söhbətimiz oldu. Sonra jurnalistlərin qarşısına çıxanda yanımda olmasına baxmayaraq, ABŞ-ı təhqir edən sözlər deyirdi”.

Sabiq dövlət katibi əlavə edib:

“Nyu-Yorkda metroda kişilərin xoşagəlməz oturuşu ilə bağlı yaranan, sonra isə lüğətə daxil olan “manspreading” adlı bir söz var. Putinlə hər dəfə görüşəndə ​​məhz bunu hiss edirdim”./Teleqraf.com

Xəbər 1559 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +