Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


10.03.2021  09:23 

Türkiyə İraqın şimalında onlarla terrorçunu məhv etdi





A+  A-

Türkiyə HHQ İraqın şimalındakı Hakurk və Kandil bölgələrində həyata keçirilən hava əməliyyatları zamanı 25 PKK terrorçusunu məhv edib.
XəzərNews.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar bildirib.

Onun sözlərinə görə, məhv edilən yaraqlılar arasında bir qruplaşma başçısı da var.

“Biz xəbərdarlıq edirdik ki, PKK terror təşkilatı özünü heç yerdə, o cümlədən Kandildə də rahat hiss etməyəcək. Terrorçuların qaçacaq yeri yoxdur”, - Akar deyib.

Nazirin sözlərinə görə, Türkiyə xüsusilə FETÖ, PKK/YPG və DEAŞ tərəfindən ölkənin və millətin təhlükəsizliyinə yönəlmiş bütün təhdid və təhlükələrə qarşı mübarizəni davam etdirir.

“Biz ölkəmizin enerjisini udan terrora son qoymaq və 83 milyonluq xalqımızı terror fəlakətlərindən xilas etmək əzmindəyik”, - Akar əlavə edib.

Xəbər 1956 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +