Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


14.01.2021  18:23 

Hökumətdən yeni QƏRAR





A+  A-

Bu gün Baş nazir Əli Əsədov Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 6 noyabr Sərəncamından irəli gələn məsələlərin icrası məqsədilə “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinə təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması ilə bağlı zərər vurulmuş obyektlərin bərpası və təmir-tikinti işlərinin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Sərəncam imzalayıb.
XəzərNews.az xəbər verir ki, sərəncamda əsasən zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin həyata keçirilməsi üçün yaşayış evlərinin və obyektlərin tikintisi üzrə sifarişçi funksiyaları, habelə inşa prosesində həyata keçiriləcək işlərin təşkili və əlaqələndirilməsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilir.

Fövqəladə Hallar Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi və aidiyyəti yerli icra hakimiyyəti orqanlarına tapşırılır ki, bu Sərəncamın icrasının təmin edilməsi ilə bağlı aidiyyəti üzrə lazımi tədbirlər görsünlər.

Xəbər 2271 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +