Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır
Ukraynalı jurnalistin cənazəsi qaytarılıb
3 nəfərə 3 milyon dollar “atmaqda” ittiham olunur
Pekində İlham Əliyevin masasına qoyulanlar diqqət çəkdi - FOTO
Leyla Əliyeva Pekin Xarici Dillər Universitetində - FOTO


26.02.2019  21:54 

Saxta içki biznesi quran “Lotu Quli” Rusiya polisinin hədəfində





A+  A-

Rusiyanın Sverdlovsk əyalətinə yeni polis rəisi təyinatı olacaq. Yeni rəisin Daxili İşlər Şöbəsinin Moskvanın Cənub inzibati idarəsi üzrə hazırkı rəhbəri Roman Pluqin olacağı ehtimal edilir. Sverdlovsk əyaləti üzrə hazırkı rəis Mixail Borodin regionda stabil vəziyyəti qoruya bilsə də, ekspertlər yeni təyinatdan sonra Uralda kriminal aləmdə yeni dalğalanmanın olacağını bildirirlər.
XəzərNews.az Rusiya KİV-nə istinadən xəbər verir ki, mütəşəkkil cinayətkarlıqla mübarizə üzrə cavabdeh olan şəxslər regionda sakitlik üçün ən böyük təhlükə olaraq Azərbaycandan olan kriminalistlərdən ibarət etnik qruplaşmanı göstərirlər.

Belə ki, “qanuni oğru” Nadir Səlifovun (“Lotu Quli”) başçılıq etdiyi dəstə xüsusi biznesin və bazarların böyük qisminə nəzarət edir, saxta içki hazırlanması ilə məşğul olur.

Mütəşəkkil Cinayətkar Dəstə ilə məşğul olan güc strukturu əməkdaşı bildirib ki, Uralda onun xüsusi adamları var, bəzi yerlərdə möhkəmlənə biliblər, bəzilərində yox, lakin “Lotu Quli” istənilən halda təhlükəli fiqurdur.

Hüquq-mühafizə orqanları əməkdaşlarının sözlərinə görə, əgər Qulinin Rusiyaya gəlmək imkanı yaransa, bu, region üçün böyük riskdir və burada kriminal hadisələrin sərhədi genişlənəcək.

Xəbər 1417 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +