Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır
Ukraynalı jurnalistin cənazəsi qaytarılıb
3 nəfərə 3 milyon dollar “atmaqda” ittiham olunur
Pekində İlham Əliyevin masasına qoyulanlar diqqət çəkdi - FOTO
Leyla Əliyeva Pekin Xarici Dillər Universitetində - FOTO


24.02.2019  22:54 

BNA vətəndaşların həyatına təhlükə yaradır? - Deputat həyəcan təbili çaldı





A+  A-

“Bir müddət öncə Bakı şəhərində avtobus dayanacaqlarına və piyada zolaqlarına Bakı şəhəri İcra hakimiyyətinin müvafiq qurumları nəzarət edirdi. Günaşırı şüşə materialdan yüngül konstruksiya ilə quraşdırılmış dayanacaqları yuyub təmizləyirdilər. Piyada zolaqları görünməz durumda olduqda isə, yenidən ağardırdılar ki, qəza risqi minimuma ensin“.
XəzərNews.az xəbər verir ki, bu fikrləri millət vəkili Fazil Mustafa şəxsi Facebook səhifəsində paylaşıb. Deputat daha sonra bildirib ki, hazırda dayanacaqların və piyada zolaqlarının vəziyyəti heç də ürəkaçan vəziyyətdə deyil:



“Bir müddət öncə bu iki sahəyə nəzarət Bakı Nəqliyyat Agentliyinin səlahiyyətinə verildi. İndi neçə yerdə diqqət yetirirəm ki, piyada zolaqları tamamilə görünməz durumdadır, avtobus dayacaqları isə xeyli müddətdir yuyulub-təmizlənmir. Belə anlaşılır ki, bu qurum da son vaxtlar yaranan bəzi qurumlar kimi səlahiyyəti götürüb, ancaq məsuliyyəti götürməyi unudub. Məsuliyyəti xatırlatmaq səlahiyyəti mənə aid olmasa da, düşündüm ki, dayanacaqlar çirkab içində qalmasına bir neçə ay da vətəndaşımız göz yuma bilər, lakin piyada zolaqlarının ağardılmaması insan həyatı üçün birbaşa təhlükə yaratdığına görə, sözgəlişi xatırladım“.

Xəbər 1356 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +