Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır
Ukraynalı jurnalistin cənazəsi qaytarılıb
3 nəfərə 3 milyon dollar “atmaqda” ittiham olunur
Pekində İlham Əliyevin masasına qoyulanlar diqqət çəkdi - FOTO
Leyla Əliyeva Pekin Xarici Dillər Universitetində - FOTO


22.12.2017  17:34 

Baş nazirin ən yaxın adamı xain çıxdı





A+  A-

Ukraynanın baş naziri Vladimir Qroysmanın tərcüməçisi Stanislav Yezhov həbs olunub.
XəzərNews.az xarici KİV-ə istinadən xəbər verir ki, çərşənbə günü Kiyevdə polis tərəfindən saxlanılan Yezhov Rusiya leyhinə agentlik etməkdə ittiham edilir.

Ukrayna Təhlükəsizlik Təşkilatının yaydığı rəsmi açıqlamada qeyd olunur ki, uzunmüddətli fəaliyyəti zamanı Rusiya tərəfindən agentləşdirilən "böyük tərcüməçi" hökumətin fəaliyyətinə dair məlumatlar toplayıb. Təhlükəsizlik xidməti Yezhovun adını açıq şəkildə hallandırmasa da, Ukraynanın daxili işlər naziri Anton Qeraşenko bu şəxsin məhz Yezhov olduğunu və ən azı 2 il Rusiya xüsusi xidmət orqanları üçün çalışdığını bildirib. O, Yezhovun Ukraynanın ABŞ-dakı səfirliyində işləyərkən Rusiya üçün çalışmağa başladığını qeyd edib.

Axtarış zamanı tərcüməçinin evindən Rusiyaya məlumat sızdırmaq məqsədilə istifadə edilən xüsusi avadanlıqlar tapılıb.

Qeyd edək ki, Yezhov Qroysmandan öncə isə sabiq baş nazir Viktor Yanukoviçin tərcüməçisi olmuşdu.

Xəbər 1625 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +