Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır
Ukraynalı jurnalistin cənazəsi qaytarılıb
3 nəfərə 3 milyon dollar “atmaqda” ittiham olunur
Pekində İlham Əliyevin masasına qoyulanlar diqqət çəkdi - FOTO
Leyla Əliyeva Pekin Xarici Dillər Universitetində - FOTO


22.12.2017  17:12 

Salyanın polis rəisi işdən niyə çıxarılıb? - DİN-dən açıqlama





A+  A-

Daxili İşlər Nazirliyi Salyan rayon Polis Şöbəsinin rəisinin işdən çıxarılmasının səbəblərini açıqlayıb.
XəzərNews.az-ın məlumatına görə, nazirliyin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov APA-ya açıqlamasında bildirib ki, Salyan Rayon Polis Şöbəsinin sabiq rəisi, polis polkovniki Təhmasib İbrahimovun rayonda baş verən bir cinayət faktı ilə əlaqədar işdən çıxarılması barədə yazılanlar tamamilə yalandır və reallığı əks etdirmir:

"Bu xəbərlər, rəylər şəriştəsiz və qeyri-peşəkarların qənaətidir. Birmənalı olaraq bildirirəm ki, polis polkovniki Təhmasib İbrahimov daxili işlər orqanlarında uzun müddətli xidməti dövründə həmişə özünü yüksək erudisiyalı, savadlı, peşəkar bir polis zabiti kimi göstərib. Cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin və ictimai təhlükəsizliyin təmin edilməsində Təhmasib İbrahimov öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyi bacaran rəhbər polis zabitlərimizdən biri olub. Elə bu müsbət keyfiyyətlərini və peşəkarlığını nəzərə alan DİN rəhbərliyi təqaüd yaşına çatdıqdan sonra onu əlavə 5 il xidmətdə saxlayıb. Lakin bu yaxınlarda-dekabr ayında Təhmasib İbrahimov Daxili İşlər Orqanlarında xidmətdə olmanın son yaş həddinə çatdığı üçün cənab nazirin müvafiq əmri əsasında DİN-in fəxri fərmanı ilə təltif edilərək, təqaüdə göndərilib. Hazırda nazirliyin ən hörmətli və nüfuzlu təqaüdçülərindən biri olan Təhmasib İbrahimovun xidmət yolu gənc polis zabitlərinin hər biri üçün örnəkdir”.

Xəbər 1778 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +