Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


31.08.2017  10:08 

İzzət Bağırova görə restoranda dava düşdü - Yaralılar var





A+  A-

Bakıdakı şadlıq evlərindən birində tanınmış müğənni İzzət Bağırova görə mərasim iştirakçıları arasında yaranmış mübahisə kütləvi dava ilə nəticələnib.
XəzərNews.az Report-a istinadən xəbər verir ki, hadisə Nizami rayonu, Mikayıl Əliyev küçəsi 9 ünvanında yerləşən "Neolit" restoranında baş verib.

Belə ki, paytaxt sakini Novruz Aslanlı övladının ali məktəbə daxil olması münasibətilə şadlıq sarayının kiçik zalında şənlik mərasimi təşkil edib. Mərasim zamanı qonaqlardan biri ilə müğənni İ. Bağırov arasında mübahisə yaranıb. Mübahisəyə səbəb qonağın operatordan müğənnini deyil, onları lentə almağı xahiş etməsi olub. Bu zaman müğənni buna etiraz əlaməti olaraq mərasimi yarımçıq tərk edib. Bu isə təşkilatçının narazılığına səbəb olub.

N. Aslanlı və qohumları ilə İ. Bağırovun cangüdəni, habelə restoranın əməkdaşları arasında yaranmış mübahisə sonda əlbəyaxa dava ilə nəticələnib. Dava zamanı N. Aslanlının başına küt alətlə zərbə endirilib. Hadisə zamanı habelə onun oğlu, 16 yaşlı Vüsal Aslanlı da xəsarət alıb.

Onların hər ikisi xəstəxanaya yerləşdirilib. Həkimlər N. Aslanlının vəziyyətini ağır qiymətləndirir.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbər 1282 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +