Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


16.07.2021  08:57 

Baydenlə Merkel “Vaşinqton Bəyannaməsi” imzaladı





A+  A-

İyulun 15-də ABŞ Prezidenti Co Bayden və Almaniya Kansleri Angela Merkelin görüşü “Vaşinqton Bəyannaməsi”nin imzalanması ilə başa çatıb.
XəzərNews.az TASS-a istinadən xəbər verir ki, bəyannamənin mətnini Ağ Ev yayımlayıb.

“Münasibətlərimizin əsası demokratik prinsiplərə, dəyərlərə və institutlara ümumi sadiqlikdir”, - bəyannamədə deyilir.

Vaşinqton və Berlin “açıq dünya”nı müdafiə etməyi öhdələrinə götürürlər.

“Bütün dünyada bütün millətlər öz siyasi quruluşlarını müəyyənləşdirməklə xarici müdaxilədən, məcburiyyətdən və ya xarici dövlətlərin dominantlığından azad olmalıdırlar”, - ABŞ və Almaniya bəyan edirlər.

Onlar, həmçinin bütöv, azad və dinc Avropa uğrunda mübarizə aparmağı, NATO-nu dəstəkləməyi və mövcud ittifaq və tərəfdaşlıqları inkişaf etdirməyi vəd edirlər. Bəyannamədə yeni texnologiyalara dair qaydalar, normalar və standartların dəstəklənməsindən də danışılır. Berlin və Vaşinqtonun fikrincə, bu texnologiyalar repressiyaları deyil, azadlığı dəstəkləməlidir.

Bundan başqa, ölkələr istixana qazı tullantılarının daha da azaldılmasına yönəlmiş iqlim və enerji tərəfdaşlığının işə salındığını bəyan ediblər.

Xəbər 1821 dəfə oxunub.



25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +