Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


12.12.2017  16:24 

“MTN işi”nin zərərçəkəninə cəza istənildi





A+  A-

“MTN işi” üzrə təqsirlədirilən polkovnik Vüsal Ələkbərovun cinayət işində zərərçəkmiş kimi tanınan icra nümayəndəsi Bahəddin Sultanov və polis əməkdaşı Təvəkkül Vəliyevin məhkəməsi keçirilib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, hakim Mirzə Xankişiyevin icraatında olan prosesdə adıçəkilən şəxslərə cəza istənilib.

Dövlət ittihamçısı çıxış edərək B.Sultanovun 8 il, T.Vəliyevin isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

B.Sultanov 2004-2005-ci illərdə Binəqədi rayonu, Biləcəri qəsəbəsi üzrə İcra münayəndəsi vəzifəsində işləyib.

O və T.Vəliyev torpaq alqı-satqısı zamanı vətəndaşdan külli miqdarda pul alıb daha sonra vədlərinə əməl etməyərək dələduzluq etməkdə ittiham edilirlər.

B.Sultanov isə polkovnik V.ƏLəkbərova 370 min dollar rüşvət verdiyi üçün zərərçəkmiş hesab edilib. Onun oğlu İntiqam Sultanov “Texnika Bank”ın Bakı filialında işləyərkən 500 min manat krediti saxta sənədlərlə rəsmiləşdirdiyi üçün MTN tərəfindən saxlanılıb. B.Sultanov oğlunun həbsdən buraxılması üçün V.Ələkbərovun tələbi ilə ona 370 min dollar verib. Daha sonra İ.Sultanov ev dustaqlığına buraxılıb.

V.Ələkbərov isə onları tanımadığını deyərək ittihamı qəbul etməyib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə V.Ələkbərov 12 il müddətinə azadlıqdan məhrum edilib və polkovnikin rütbəsinin alınması barədə xüsusi qərardad çıxarılıb.

Xəbər 1347 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +