Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf
Alla Puqaçova ad gününü Yunanıstanda qeyd edib
Müharibədən sonra SEÇKİ... - Uzadılmamalıdır...
Şikayətçi Oleq Bakinskidən 50 min manat tələb edir
Rusiyada miqrantlar döyülür, söyülür, soyulur...
Erməniəsilli şəxslərin məhkəməsi davam edir
Azərbaycanlı Ukrayna müharibəsində həlak olub


03.08.2019  11:17 

Messi Argentina matçlarından diskvalifikasiya olundu





A+  A-

Argentina yığmasının hücumçusu Lionel Messi 3 ay müddətinə diskvalifikasiya olunub.
XəzərNews.az-ın verdiyi xəbərə görə, bu barədə Cənubi Amerikanın Futbol Federasiyası (CONMEBOL)qərar qəbul edib.

Bundan əlavə o, 50 min dollar məbləğində cərimə ödəməli olacaq.

Futbolçunun cəzalandırılmasına Braziliyada keçirilən Amerika Kuboku oyunları zamanı onun Cənubi Amerika məmurlarını tənqid etməsi səbəb olub. O, məmurları ev sahibi olan komandanın qalibiyyəti üçün korrupsiya əməlinə yol verməkdə və hakimləri Argentina millisinə qarşı qərəzli olmaqda ittiham edib.

Forvardın cəza müddəti noyabrın 3-də başa çatacağından, o, milli komandanın Çili, Meksika və Almaniyaya qarşı keçirəcəyi matçları buraxmalı olacaq.

Messi bir həftə ərzində qərara etiraz edə bilər. Appelyasiya şikayətinin dəyəri 3 min dollar təşkil edir.

Xəbər 1586 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +