Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


16.08.2018  23:24 

“Şah” bu dəfə qalib ola bilmədi





A+  A-

ABŞ-ın Sent-Luis şəhərində keçirilən “Grand Chess Tour 2018” seriyasının üçüncü mərhələsi - “Saint Louis Rapid & Blitz” turniri başa çatıb.
XəzərNews.az xəbər verir ki, Hikaru Nakamura mərhələnin qalibi olub.

Amerikalı şahmatçı 9 mümkün xaldan 5,5 xal toplayıb və bununla da topladığı xalları 22,5-ə çatdırıb. Nakamura onu izləyən Maksim Vaşye-Laqravı 1 xal üstələyib.

3-cü yeri 21 xalla (4) şahmatçımız Şəhriyar Məmmədyarov, 4-cü yeri 20 xalla (4,5) İtaliya təmsilçisi Fabiano Karuana tutub.

“Grand Chess Tour 2018”in dördüncü mərhələsi - vaxta klassik nəzarət qaydasında keçirilən “Sinquefield Cup” turnirində ilk qarşılaşmalar avqustun 18-də baş tutacaq. 4 mərhələnin yekunlarına görə 1-4-cü yerləri tutan iştirakçılar seriyanın bu ilin dekabrında Londonda keçiriləcək final turnirində çıxış etmək imkanı qazanacaqlar.

Yarış iştirakçılarının yekun mövqeləri (rapid + blits) belədir: 1.Hikaru Nakamura – 22,5 xal; 2.Maksim Vaşye-Laqrav – 21,5 xal; 3.Şəhriyar Məmmədyarov – 21 xal; 4.Fabiano Karuana – 20 xal; 5.Levon Aronyan – 18 xal; 6.Sergey Karyakin – 17 xal; 7.Lenyer Dominqes – 16 xal; 8.Aleksandr Qrişşuk – 15,5 xal; 9.Uesli So – 15 xal; 10.Vişvanatan Anand – 13,5 xal.

Xəbər 1778 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +