Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


02.08.2018  10:14 

Güləşçimiz Avropa çempionu oldu





A+  A-

İtaliyanın paytaxtı Romada güləş üzrə gənclərin Avropa çempionatı keçirilir.
XəzərNews.az xəbər verir ki, ikinci yarış günündə 60, 67, 72, 82 və 97 kq çəkidə yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.

Güləşçilərimiz yarış gününü bir qızıl medalla başa vurub.

Məhəmmədəli Həsənov (67 kq) Çexiya və Moldovadan, Ülvi Qənizadə (72 kq) isə Ukrayna, Litva və Ermənistandan olan rəqiblərini üstələyərək yarımfinala vəsiqə qazanıb. Yarımfinalda hər iki güləşçimizin rəqibi Gürcüstan idmançısı olub.

Gərgin və maraqlı keçən qarşılaşmada rəqibini üstələyən Ülvi Qənizadə finala yüksəlib. Həlledici görüşdə Rusiya idmançısı Məhəmməd Yarbilova 3:1 hesabı ilə qalib gələn güləşçimiz çempionatın qızıl medalını qazanıb və Avropa çempionu olub.

Yarımfinal görüşünü uduzan Məhəmmədəli Həsənov isə bürünc medal uğrunda görüşə haqq qazanıb. Ancaq güləşçimiz bu görüşdə də rusiyalı Mehdi Yəhyayevə 0:8 hesabı ilə uduzub və çempionatı V sırada tamamlayıb.

Xəbər 1680 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +