Zelenskinin ilə bağlı müxtəlif ssenarilər var - Narışkin
Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır


07.05.2021  10:57 

“Tesla” rəhbərinin şəxsi gəliri açıqlandı





A+  A-

“Tesla” şirkətinin rəhbəri İlon Maskın şəxsi gəliri açıqlanıb.
XəzərNews.az bildirir ki, “Forbes” jurnalının məlumatına görə, iş adamı ötən il ərzində 11 milyard dollar qazanc əldə edib.

Məlumata əsasən, bu göstərici üzrə Mask özünün ən yaxın rəqiblərini dəfələrcə üstələyib. Belə ki, qeyd olunan dövr ərzində “Paycom”un rəhbəri Çed Riçison cəmi 211 milyon, “1Life Healthcare” şirkətinin baş direktoru Amir Dan Rubin isə 199 milyon dollar qazanıb.

Maskın qazancını əsasən şirkət səhmlərinin satışından əldə etdiyi və gəlirlərini hələ ki, nağdlaşdıra bilmədiyi də qeyd olunub.

Xatırladaq ki, İlon Mask “Amazon” rəhbəri Cef Bezosdan sonra hazırda dünyanın ən varlı ikinci şəxsi sayılır. Onun ümumi sərvəti 164 milyard dollar həcmində qiymətləndirilir.

Xəbər 2705 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +