500 min dollara casusluq edən Validə generallar haqda nə deyib?
Müəllimlərin nəzərinə!
Saxta içki hazırlayan azərbaycanlılar saxlanıldı -VİDEO
Tanınmış ekspert HƏBS EDİLDİ
143 milyonu yeyiblər, yüngül cəza istəyir
Millimizin kapitanı narkotikdən tanınmaz hala düşdü - VİDEO
Bu şəxslərin pensiyaları iki dəfə artırılacaq
Güneyli məktəblilərdən Azərbaycana DƏSTƏK
Hüseyn Abdullayev Prezidentə müraciət ETDİ
Monopolistlər kartof istehsalını necə çökdürür?


29.01.2025  11:01 

Hikmət Hacıyevdən Paşinyana CAVAB





A+  A-

Ermənistan rəhbərliyi tərəfindən verilən açıqlamaları düzgün hesab etmirik.

XəzərNews.az xəbər verir ki, bunu Teleqraf.com-a açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın Baş naziri Nikol Paşinyanın separatçı rejimin nümayəndələrinə qarşı psixotrop maddələrin tətbiq olunması ilə bağlı səsləndirdiyi iddialarına münasibətini bildirərkən deyib.

O bildirib ki, Azərbaycan Respublikasında Ermənistanın Azərbaycana qarşı təcavüzünün tərkib hissəsi olaraq bu prosesdə iştirak etməkdə təqsirli bilinən şəxslərlə əlaqədar məhkəmə prosesi davam edir.

“Məhkəmə tam obyektiv, ədalətli şəkildə həyata keçirilir. Məhkəmənin işinə bu formada müdaxilə edilməsi cəhdlərini biz düzgün hesab etmirik. Təqsirləndirilən şəxslərin bütün hüquqları tam şəkildə təmin olunub. Onlar tərəfindən verilən ifadələrin ölkəmizin kütləvi informasiya vasitələrində işıqlandırılması təmin edilir. Ona görə də Ermənistan rəhbərliyinin bu açıqlamalarını düzgün hesab etmirik.

Ümumiyyətlə, məhkəmə prosesi sübut edir ki, burada ən vacib məsələlərdən biri Ermənistan Respublikasının dövlət məsuliyyətidir. Bu prosesdə təqsirləndirilən şəxslərin özlərinin də ifadələri əsasında o fikrə gəlmək olur ki, tapşırıqlar bilavasitə Ermənistan Respublikası tərəfindən verilib. Ermənistan Respublikası təcavüzkar və işğalçı dövlət olub və Ermənistandan verilən əmrlər də yerində müxtəlif şəxslər tərəfindən icra edilib.
Amma yenə də məhkəmənin yekun nəticələri haqda bir söz demək düzgün olmazdı. Məhkəmə prosesi çərçivəsində bütün təqsirləndirilən şəxslərin məsuliyyəti tam şəkildə təmin olunacaq. Burda ən vacib məsələ ədalətin təmin olunmasıdır. Bu ədaləti Azərbaycan xalqı gözləyir”- Hikmət Hacıyev bildirib.

Xəbər 1302 dəfə oxunub.




30.01.2025  15:37 

Müəllimlərin nəzərinə!

30.01.2025  11:51 

Cahit Bağçıdan vida paylaşımı


BÜTÜN XƏBƏRLƏR +