Ukraynanın dövlət borcu 171 milyard dollara çatıb
İranda zəlzələ: Xəsarət alanların sayı 29-a çatıb
Qəsdən özünü maşınların altına atan şəxs tutuldu
Müğənni həkimdən 14 min manatını istəyir
“Azəristiliktəchizat” ASC-yə sədr təyin edildi - Foto
Talıbovların dəbdəbəli həyatı... – FOTO
Kamran Əliyev yenidən Baş prokuror təyin edildi
Bu Fondda nöqsanlar aşkarlandı
Odessanı 21 pilotsuz uçan aparatla vurublar
“Əsassız 600 manat cərimə yazırlar” - AYNA-dan ŞİKAYƏT


12.07.2018  12:43 

Türkiyəyə aparılan Fazil Məmmədovdan yeni xəbər var





A+  A-

Sabiq vergilər naziri Fazil Məmmədov Türkiyənin “American Hastahanesi”ndə müalicəsini davam etdirir.
XəzərNews.az bildirir ki, Türkiyədəki mənbənin Modern.az-a verdiyi məlumata görə, F.Məmmədovun səhhəti tam normallaşıb. Sadəcə, bir müddət həkim nəzarətində olmasına qərar verildiyi üçün xəstəxanadan buraxılmayıb və sabiq nazir hazırda “American Hastahanesi”nin professorları Orhan Bilge və Mustafa Keremin nəzarəti altındadır.

Onun Azərbaycana dönməsilə bağlı dəqiq vaxtın bilinmədiyi qeyd edilib.

Qeyd edək ki, bir müddət Gəncə Beynəlxalq Hospitalında tibb elmləri üzrə fəlsəfə doktoru İlyas Həsənovun nəzarəti altında müalicə alan Fazil Məmmədovun sonrakı müalicəsinin Türkiyədə davam etdirilməsi qərara alınıb. F.Məmmədov Fransadan xüsusi sifarişlə gətirilən ambulans təyyarə ilə Türkiyəyə aparılıb. Müayinələr zamanı Fazil Məmmədovda pankreatit aşkarlanıb.

Məlumat üçün bildirək ki, pankreatit mədəaltı vəzin iltihabi xəstəliyidir. Kəskin və xroniki pankreatit olmaqla iki yerə bölünür. Kəskin pankreatit zamanı iltihabi proses sürətlə bir neçə gün ərzində inkişaf edir. Bu adətən tamamilə heç bir iz buraxmadan keçib gedir. Bəzən isə xəstəlik çox təhlükəli olur.
Xroniki pankreatit zamanı iltihab davamlı xarakter daşıyır və iltihabi proses daha yüngül xarakterli olur. 10 haldan 8-ində bu xəstəliyə səbəb öd daşları və spirtli içkidir. Digər səbəblərə az rast gəlinir.

Xəbər 1317 dəfə oxunub.




01.05.2025  16:32 

Bu Fondda nöqsanlar aşkarlandı

01.05.2025  12:34 

Mal-qara oğruları saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +