Şeyx bayram namazında niyə iştirak etməyib? - AÇIQLAMA
Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib


17.04.2019  13:05 

Azyaşlıları işəgötürənlərin NƏZƏRİNƏ





A+  A-

Əmək qanunvericiliyinə əsasən, uşaqların işə qəbul edilməsi üçün minimum yaş həddi 15 yaşdır. Həmin yaşdan 18 yaşınadək olan şəxslərlə əmək müqaviləsi bağlanarkən onların valideynlərindən və ya övladlığa götürənlərdən (qəyyumlarından) birinin, yaxud qanunla onları əvəz edən şəxslərin yazılı razılığı alınmalıdır.
XəzərNews.az-ın məlumatına görə, bu fikir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 10 saylı regional bölməsinin Masallı şəhərində “Uşaq əməyinin istismarının qarşısının alınması” və “Qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzularında keçirdiyi maarifləndirici tədbirində vurğulanıb.

Tədbir Dövlət Əmək Müfəttişliyi Xidmətinin təsdiq edilmiş iş planına uyğun olaraq əmək qanunvericiliyi, onun tətbiqi ilə bağlı işəgötürənlərin məlumatlandırılması məqsədilə təşkil olunub. Bildirilib ki, 15 yaşına çatmamış şəxslərin işə, habelə onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edilməsi hallarına görə İnzibati Xətalar Məcəlləsində cəza tədbirləri nəzərdə tutulub.

Tədbirdə uşaq əməyinin istismarı və məcburi əməyə cəlbetmə hallarına qarşı mübarizə, əmək münasibətləri sahəsində uşaq hüquqları barədə iştirakçılara geniş məlumatlar verilib. “Qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzusundan da bəhs olunub. Qeyri-leqal məşğulluğun işçilərin sosial-əmək hüquqlarının ciddi şəkildə pozulmasına səbəb olduğu və vergi-sığorta daxilolmalarına ciddi ziyan vurduğu qeyd olunub. İşəgötürənlərin belə hallara yol verməmələrinin və əmək münasibətlərinə cəlb edilən hər bir işçi ilə əmək müqaviləsi bağlanılmasının vacibliyi vurğulanıb.

Xəbər 1274 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +