Volkan Konak vəfat edib
Prezident 31 Martla bağlı paylaşım edib
Şeyx bayram namazında niyə iştirak etməyib? - AÇIQLAMA
Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib


13.12.2017  14:16 

“Müəyyən nazirliklər İcra hakimiyyətlərinə “krışalıq” edir”





A+  A-

Prezident İlham Əliyevin dekabrın 5-də verdiyi sərəncamla vergilər naziri postundan uzaqlaşdırılan Fazil Məmmədovla bağlı müzakirələr səngimək bilmir. Nazirin gedişilə ətrafında yaranmış zəncirə hər gün daha bir halqa əlavə olunur. Halqalar artdıqca, F.Məmmədovun məngənəsinin hazır olması daha da yaxınlaşır. Sabiq nazirin səhhətində yaranan problemə görə vəzifəsindən göndərildiyi deyilsə də, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin yeni nazir Mikayıl Cabbarovun kollektivə təqdimatında vergilər sahəsində problemlərin olmasını dilə gətirməsi ortada ciddi mətləblərin olmasından xəbər verir. Əslində vergilər nazirinin vəzifədən kənarlaşdırılması ilə bir çoxlarının kürsüsünün laxladığı bildirilir.
F.Məmmədovun vəzifədən gedişindən sonra hələ 2015-c ildə Azadlıq prospektindəki 16 mərtəbəli yaşayış binasının yanması zamanı böyük çətinliklə də olsa dəmir barmaqlıqlardan özünü sığortalayan Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun aqibətinin yaxşı olmadığı iddia edilir. İcra başçısının sabiq nazirin bacısının əri olması isə heç kimə sirr deyil. Məhz bu qohumluq X.İsgəndərovu ovaxtkı faciənin nəticələrindən sığortalamışdı.

Sabiq nazirin Şəmkirdə, Gədəbəydə, Yardımlıda “at oynatması”na səbəb kimi həmin rayonların icra başçılarının – Alimpaşa Məmmədov, Ramiz Yedigarov, Rəcəb Babaşovun bir vaxtlar Vergilər Nazirliyində yüksək postlarda çalışmaları əsas göstərilir.

Xatırladaq ki, Bakı şəhər Vergilər Departamentinin rəisi vəzifəsində çalışmış A.Məmmədov 2014-cü ildə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Ramiz Yediyarov Gədəbəydə icra başçısı təyin olunan qədər Şəmkir rayon Vergilər Şöbəsinin rəisi postunu tuturdu. Qazaxdan Yardımlıya icra başçısı göndərilən Rəcəb Babaşov icra başçısı postuna Vergilər Nazirliyində İri Vergi Ödəyiciləri Departamentinin rəisi vəzifəsindən gətirilib.

Adları çəkilən icra başçılarının yaxın vaxtlarda vəzifədən göndəriləcəyi istisna olunmur..

XəzərNews.az xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov iddiaların araşdırılmasının vacib olduğunu bildirib:

“Bəzən yazılanların hamısı həqiqəti əks etdirmir. Amma postundan kənarlaşdırılan istənilən nazir barədə bu fikirləri söyləyirlər. Düzdür, Azərbaycanda müəyyən nazirliklər İcra hakimiyyətlərinə “krışalıq” edir. Mən həmişə bunun əleyhinə olmuşam”.

Deputat sabiq nazirin kadrlarının hansısa rayonlarda yüksək postlar tutmalarını istisna etmir:

“Fazil Məmmədova gələndə, ola bilər onun hansısa bir kadrı həmin rayonlarda yüksək posta göndərilib. Bu, istisna edilmir. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Regional idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev bu məsələlərə ciddi nəzarət edirlər. Ona görə də son vaxtlar rayonlarda kənar müdaxilələr o qədər də hiss olunmurdu”.

Xəbər 2365 dəfə oxunub.




31.03.2025  09:31 

Volkan Konak vəfat edib

30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +