Volkan Konak vəfat edib
Prezident 31 Martla bağlı paylaşım edib
Şeyx bayram namazında niyə iştirak etməyib? - AÇIQLAMA
Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib


20.02.2017  10:46 

Bakıda 3 Gürcüstan vətəndaşı bıçaqlandı





A+  A-

Ötən axşam saat 20 radələrində Nizami rayonu ərazisində, "Koroğlu" metro stansiyasının yaxınlığında kütləvi dava qeydə alınıb.
XəzərNews.az SalamNews-a istinadən xəbər verir ki, dava nəticəsində 3 nəfər Gürcüstan vətəndaşı olan yaxın qohumlar - 1990-cı il təvəllüdlü İsmayılov Musa İsa oğlu, 1995-ci il təvəllüdlü Mirzəliyev Səxavət Rizvan oğlu, 1992-ci il təvəllüdlü Məmmədov İbrahim Şaban oğlu bıçaqlanıblar.

Yaralılar təcili tibbi yardım maşını ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına gətirilərək dərhal əməliyyat otağına götürülüblər və əməliyyat olunublar. Həkimlərin verdiyi məlumata görə, Musa İsmayılovda qarnın ön divarının və sağ biləyinin kəsilmiş-deşilmiş yarası, İbrahim Məmmədovda qarnın çoxsaylı kəsilmiş-deşilmiş yaraları, Səxavət Mirzəliyevin isə sol əlində bıçaq xəsarətləri aşkar edilib. Sonuncuya tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb. Yaralılardan iksi isə əməliyyatdan sonra reanimasiya şöbəsinə yerləşdiriliblər, vəziyyətləri ağır hesab olunur.

Baş vermiş hadisə ilə bağlı Nizami Rayon Polis İdarəsinin 25-ci polis bölməsinə məlumat verilib.

Hadisənin təfərrüatı ilə bağlı zərəçəkmişlərin yaxınlarının verdiyi məlumata görə, hər iki şəxs 8-ci km qəsəbəsində yerləşən maşın bazarında avtomobillərin üzlükərinin dəyişdirilməsi işi ilə məşğul olurlar. Hadisə onlar işdən çıxandan sonra baş verib. M.İsmayılov və İ.Məmmədov "Koroğlu" metro stansiyasının yaxınlığındakı kafelərin birində yeyib-içdikdən sonra tanımadıqları şəxslərlə mübahisələ ediblər. Mübahisə zəminində bıçaqlanıblar.

25-ci polis bölməsindən fakt təsdiq edilib və bilidirilib ki, hazırda hadisəni törədən şəxslərin müəyyənləşdirilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.



Xəbər 2428 dəfə oxunub.



31.03.2025  09:31 

Volkan Konak vəfat edib

30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +