Şeyx bayram namazında niyə iştirak etməyib? - AÇIQLAMA
Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib


23.01.2025  11:19 

“Gözəl qızlar“ vasitəsilə yerlilərini soyan azərbaycanlı həbs olundu





A+  A-

Rusiyanın Sankt-Peterburq şəhərinin Petroqradski rayonunda restoranın həmtəsisçisi və cinayət sxeminin müəllifi olduğu iddia edilən şəxs həbs edilib.

XəzərNews.az Lent.az-a istinadla xəbər verir ki, ötən il dekabrın 30-da 24 yaşlı gənc polisə müraciət edib. Yeni il qabağı o, Dobrolyubov prospektindəki restorana görüşə gedib. Onu tanışlıq saytından tapdığı qız müşayiət edib. Xanım cütlüyün gedəcəyi müəssisəni seçib.

Axşam isə oğlan 54.200 rubl məbləğində gözlənilməz hesabla qarşılaşıb. O, məcburiyyətdən hesabı ödəyib. Hüquq-mühafizə orqanlarının əməkdaşları dələduzluq maddəsi ilə iş açıb.

Polis əməkdaşları araşdırma zamanı müəyyən ediblər ki, restoranı ötən ilin noyabrında Sankt-Peterburq universitetlərindən birinin 20 yaşlı tələbəsi - Azərbaycan vətəndaşı açıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hesab edirlər ki, oğlan "gözəl qızların" köməyi ilə oğlanları ora cəlb etmək və aldatmaq üçün açıb.

Məlum olub ki, restoranla əlbir olan qızlar sosial şəbəkələrdə gənclərlə tanış olub, özlərini varlı valideynləri olan varlı xanımlar kimi təqdim ediblər.

İstintaq zamanı polis qızların sifarişləri üçün 30-105 min rubl məbləğində pul ödəyən daha altı aldadılmış restoran müştərisi barədə əməliyyat məlumatı əldə edib.

“Restoran biznesi”nin təşkilatçısı olduğu iddia edilən şəxs öz müəssisəsində saxlanılıb.

Dörd qız şahid qismində dindirilib. Onlardan ikisi 19 yaşlı yerli sakin, digərləri İvanovo vilayətindən olan 22 yaşlı və Vladimir vilayətindən olan 23 yaşlı qızlardır.

“Cinayət sxemində iştirak edən digər şəxslər müəyyən edilir. Polisin istintaqının tələbi ilə qanunsuz sxemin təşkilatçısı saxlanılıb”, - deyə polisin mətbuat xidməti yekunlaşdırıb. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.



Xəbər 2216 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +