07.02.2017 13:13
Fevralın 8-nə olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərNews.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecəyə doğru sulu qara keçəcəyi ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturunun gecə 1-3° isti, gündüz 5-8° isti, Bakıda gecə 1-3° isti, gündüz 5-7° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 85-95%, gündüz 65-75% təşkil edəcək.
Azərbaycanın rayonlarında səhər şimal rayonlarında, gündüz isə əksər rayonlarda arabir yağış, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5° isti, gündüz 5-9° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.
Xəbərdarlıq
Fevralın 8-i gündüz şimal rayonlarından başlayaraq 11-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, sulu qar, qar yağacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-8° aşağı enəcək. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.
|
25.04.2025 14:59
25.04.2025 14:53
25.04.2025 14:44
25.04.2025 14:36
25.04.2025 14:33
25.04.2025 14:28
25.04.2025 14:26
25.04.2025 14:23
25.04.2025 13:19
25.04.2025 12:16
25.04.2025 12:08
25.04.2025 12:05
25.04.2025 12:02
25.04.2025 11:59
25.04.2025 11:48
25.04.2025 11:31
25.04.2025 11:28
25.04.2025 11:21
25.04.2025 11:17
25.04.2025 11:14
25.04.2025 10:53
25.04.2025 10:37
25.04.2025 10:36
25.04.2025 10:30
24.04.2025 18:52
24.04.2025 18:19
24.04.2025 17:44
24.04.2025 17:30
24.04.2025 17:23
24.04.2025 16:37
24.04.2025 16:33
24.04.2025 16:14
24.04.2025 16:03
24.04.2025 15:57
24.04.2025 14:13
24.04.2025 14:10