Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


12.10.2018  13:17 

Gürcüstan həbsxanalarında 92 Azərbaycan vətəndaşı saxlanılır





A+  A-

Gürcüstan həbsxanalarında Azərbaycan vətəndaşı olan 92 nəfər saxlanılır.
XəzərNews.az “Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Ədliyyə Nazirliyinin cari ilin avqust ayı üzrə hesabatında bildirilib.

Qonşu ölkədə həbs cəzası çəkən Azərbaycan vətəndaşlarının 18-i təqsirləndirilən şəxs, 74-ü isə məhkumdur. Təqsirləndirilənlərin 16-sı kişi, 2-si qadın, məhkumların isə 67-si kişi, 7-si qadındır.

Gürcüstanın cəzaçəkmə müəssisələrində saxlanılan əcnəbilərin 16,1%-ni Azərbaycan vətəndaşları təşkil edir.

Qonşu ölkədə 45 ölkənin, ümumilikdə, 572 vətəndaşı cəza çəkir. Onların arasında Türkiyə vətəndaşları (132 nəfər) birinci yeri tutur.

Gürcüstanın cəzaçəkmə müəssisələrində saxlanılan Rusiya vətəndaşlarının sayı 66, İran vətəndaşlarının sayı 96, Ermənistan vətəndaşlarının sayı isə 29 nəfərdir.

Xəbər 1788 dəfə oxunub.




18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +