Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


02.10.2018  17:46 

Yarım il aeroportda yaşayan Suriya vətəndaşı həbs edilib





A+  A-

Yarım ildir Malayziyada hava limanında yaşayan Suriya vətəndaşı həbs edilib.
XəzərNews.az xəbər verir ki, Suriyadan gələn Həsən-əl-Kəntər 6 ay Kuala-Lumpur aeroportunda uçuş zonasında yaşayıb və həyatı barədə sosial şəbəkələrdə reportajlar yayımlayıb. Polis onu hava limanının məhdud girişli ərazisində qeyri-qanuni qalmaqda ittiham edərək həbs edib.

Malayziya Miqrasiya Xidmətinin baş direktoru Mustafar Əlinin sözlərinə görə, uçuş zonasına daxil olan sərnişinlər öz reysinə oturub uçmalıdır. Əgər o bunu etməyibsə, deməli, giriş məhdudiyyəti olan yerdə qanunsuz yaşayıb: "Hökumət bu məsələni necəsə yoluna qoymalı idi. Kəntər polis bölməsində dindirildikdən sonra miqrasiya orqanlarına təhvil veriləcək. Biz onun deportasiya edilməsi üçün Suriya səfirliyi ilə əlaqə saxlayacağıq”.

Həsən-əl-Kəntər isə Suriyaya qayıdacağı təqdirdə hərbi xidmətə göndəriləcəyini və buna görə də ölkəsinə dönmək istəmədiyini bildirib.

Xəbər 1449 dəfə oxunub.




18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +