Hər iki ölkə əlaqələrin inkişafı üçün səy göstərməlidir - Əliyev
Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir - Pezeşkian
Pezeşkianın səfəri radikal şovinistlərin at oynatdığı dövrdə baş verir – Şərh
DSX kiçik giziri intihar edib
ANAMA-nın əməkdaşı minaya düşdü
Prezidentlərin geniş tərkibdə görüşü başlayıb
Uşaqların I sinfə qəbulu prosesi başlayır
Sabah leysan yağacaq, şimşək çaxacaq
İlham Əliyevin Pezeşkian ilə görüşü başlayıb
Pezeşkian Bakıda: Rəsmi qarşılanma mərasimi olub


26.01.2018  11:57 

Polis narkotik alverçilərini YAXALADI





A+  A-

Yanvarın 25-də ümumi çəkisi 12 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə, o cümlədən 2 kiloqramdan artıq heroin, 8,5 kiloqramdan çox tiryək və 1,3 kiloqrama yaxın marixuana götürülüb.
Bu barədə XəzərNews.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Natiq Cavadov məlumat verib.

Nazirlik rəsmisi qeyd edib ki, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ağakərim Axundovdan 1 kiloqram 671 qram heroin götürülüb.

Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayon sakini Nurid Əhmədovun idarə etdiyi “VAZ-2106” markalı avtomobilə baxış keçirilib. Oradan sürücü və sərnişini, həmyerlisi, əvvəllər məhkum olunmuş Zaur Məmmədova məxsus 8 kiloqram 520 qram tiryək aşkar edilib.

Bundan başqa, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Zərdabi kənd sakini Yadigar Əlizadədən 321 qram heroin, Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vurğun Abdulovdan 453 qram, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Əliabad qəsəbə sakini Elgüc Ağaməmmədovdan 21,9 qram, yaşadığı evə baxış zamanı isə əlavə 435 qram marixuana aşkar edilərək götürülüb.

Nazirlik rəsmisi bildirib ki, saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər. Faktlarla bağlı cinayət işləri başlanılıb.

Xəbər 1600 dəfə oxunub.




28.04.2025  14:18 

DSX kiçik giziri intihar edib


BÜTÜN XƏBƏRLƏR +