ABŞ Senatının üzvü Adam Şiff yenə həddini aşdı
Ukraynada atəşkəs yaydan əvvəl elan oluna bilər
Biz razılığa gəlməyə hazırıq - Lavrov
İyun ayında 13 gün qeyri-iş günü olacaq
Bakıda təriqəti üzvləri həbs edildi - Foto
110-dan çox ölkədən QHT-lər Bakıya toplaşır
“Kapital Bank” müştərini necə tələyə salır?
18 yaşın mübarək, Qaynarinfo!
Prezident Kaya Kallası qəbul etdi
AzTV bələdiyyələri ifşa etdi - Video


10.01.2025  23:45 

ABŞ Vahid Ələkbərovun oğluna sanksiya tətbiq etdi - Fotolar





A+  A-

ABŞ Rusiya şirkətlərinə və enerji sektoru ilə əlaqəli şəxslərə qarşı sanksiyalar paketini genişləndirib

Xəzərnews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Birləşmiş Ştatlarının Maliyyə Nazirliyinin dərc etdiyi sənəddə bildirilib.

Sənəddə Azərbaycan əsilli rusiyalı iş adamı, LUKOİL şirkətinin keçmiş prezidenti, hazırkı həmsahibi Vahid Ələkbərovun oğlu Yusif Ələkbərovun da adı qeyd olunub.

Məlumat üçün deyək ki, Yusif Ələkbərov Rusiyanın neft-mədən xidmətləri şirkəti “Welltech” və EKTO MMC-nin təsisçisi və sahibidir.

O, 1990-cı ildə Moskvada anadan olub. Rusiya mətbuatında yayılan xəbərlərdə iş adamı bahalı avtomobilləri ilə də gündəmdədir.

2016-cı ildən Yusuf Ələkbərov EKTO MMC-nin sahibidir. Bu, neft-mədən xidmətləri də daxil olmaqla, müxtəlif bizneslərə nəzarət edən holdinqdir. “Welltech”i isə 2023-cü ildə təsis edib. Milyarder “Forbes”in dərc etdiyi ən zəngin rusiyalı iş adamları reytinqinə liderlik edib.

Bildirilib ki, sanksiyalarda adıçəkilən şəxslərin ABŞ-də olan bütün əmlakları bloklanır.

Bundan əlavə mülkiyyətində hər hansı əmlak və ya maraqları əhatə edən bütün əməliyyatlar nazirlik tərəfindən qadağan edilir.

Qeyri-ABŞ vətəndaşları üçün də bilərəkdən və ya bilməyərəkdən sanksiyalardan yayınan davranışlarda iştirak etmək qadağandır.

Əlavə edək ki, sanksiya siyahısına Rusiya neftinin ticarətində şübhəli bilinən 183 neft tankeri və bir sıra xarici şirkətlər və şəxslər daxildir.









Xəbər 4000 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +