XİN-dən Paşinyana cavab verildi
ABŞ silahlarının 90%-i Kiyevə təhvil verilib
Görüş üçün ev ver, qız tapacaq - MƏHKƏMƏ
Nazirlik yoxlamalar barədə məlumat yaydı
Prezident agentlik sədrinə şiddətli töhmət verdi
İtaliya Ukraynaya əsgər göndərəcəkmi? - Açıqlama
İmtahanın nəticələri elan olundu
İsrail Suriyada Türkiyəni necə zəiflədir?
Emin Ağalarov bitkoində nə qədər batırıb?
Sabah güclü külək əsəcək


16.11.2017  19:54 

Eldar Mahmudovun evində gözlənilməz qonaqlar - VİDEO





A+  A-

İllərdir sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovdan şikayətçi olan Yasamal rayon sakinləri Sevda Süleymanova və Elmidar İsmayılov bu dəfə də onun Badamdardakı evinə (ünvan redaksiyaya məlumdur-red.) yollanıblar.
XəzərNews.az xəbər verir ki, bu barədə cebhe.info-ya şikayətçilərin özləri məlumat verib.

Şikayətçilərin dediyinə görə, keçmiş nazirin evinə getmələrinə səbəb məsələlərində günahkar bildikləri Eldar Mahmudovla görüşmək və ona görə illərdir çəkdikləri əzabın hesabını sormaq olub: "Həyat yoldaşım Qüvvətəli Süleymanov Eldar Mahmudovun sağ əli Akif Mustafayevin sifarişilə 21.10. 2013-cü il tarixində qeyri-qanuni həbs olunub. 5 ildir ki, həyat yoldaşımın azad olunması üçün döymədiyim qapı, müracət etmədiyim qurum qalmayıb. İndi Eldar Mahmudov cavab versin... Onunla görüşmək üçün bağ evinə getdik. İşığı yanırdı və evində adamlar var idi. Bağban Eldar Mahmudovun evdə olmadığını desə də, inandırıcı gəlmədi. Evinin ətrafında xeyli gözlədik ki, bəlkə evdən çıxar və ya ora gələr. Onu görə bilməsək də, tanış olması üçün qapıya məktub buraxdıq. Yoldaşım neçə illərdir ki, həbsdə əzab-əziyyət çəkir. Mən isə Bakı Dövlət Universitetinin müəllimi yaşaya bilmirəm...”

Elmidar İsmayılovun iddiasına görə, Eldar Mahmudov onu və ailəsini məhv edib. İsmayılovlar ailəsi 3 ildir ki, çarəsiz durumda qalıb: "Həyatımız məhv olub, çox çarəsiz durumdayıq. Bilmirik hara gedək. Hara müraciət ediriksə, deyirlər ki, gedin sifarişçinin özünə şikayətinizi deyin”.

Şikayətçilər Eldar Mahmudovla görüşə bilməsələr də, evinin qarşısında etirazlarını bildirib, əllərində "Eldar Mahmudov, məhv etdiyin həyatı geri qaytar!”, "Eldar Mahmudov "kilkə”lər ərim Süleymanov Qüvvətəlini uddu. Onu həbsdən indi özün azad et!” yazılan plakatlar tutublar.



Xəbər 1919 dəfə oxunub.




04.03.2025  17:42 

XİN-dən Paşinyana cavab verildi

04.03.2025  15:22 

Sabah güclü külək əsəcək

04.03.2025  10:07 

Gülnar Əlizadə müəllim imiş.

03.03.2025  14:48 

Yevlaxda məktəbli intihar edib


BÜTÜN XƏBƏRLƏR +