Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub


02.08.2023  11:08 

“Görüşlə bağlı heç bir dəvət almamışam” - Paşinyan





A+  A-

“Mən Rusiyada keçirilməsi deyilən görüşlə bağlı hələ heç bir dəvət almamışam”.

XəzərNews.az xəbər verir ki, bu barədə “Euronews”a müsahibəsində Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

Paşinyan bildirib ki, Ukraynada baş verən hadisələri nəzərə alaraq, təkcə Rusiyanın deyil, digər geosiyasi oyunçuların da regionumuza diqqəti getdikcə azalır, çünki Ukrayna demək olar ki, bütün beynəlxalq diqqəti özünə yönəldir:

“Rusiya bizim regionda var, Qarabağda var, Ermənistan Respublikasında var, amma Avropa İttifaqı da var: Aİ-nin Ermənistanla Azərbaycan sərhədində mülki missiyası yeni amildir. Təbii ki, missiya hər iki tərəfdə olmalı idi, çünki ilkin olaraq 6 oktyabr 2022-ci il tarixli dördtərəfli bəyanat çərçivəsində Praqada əldə olunmuş razılaşma var. Ən azı o zaman Avropa İttifaqının missiyası regionumuza ilk dəfə gəldi və ilkin olaraq razılıq əldə olundu ki, Avropa İttifaqı missiyasının nümayəndələri sərhədin hər iki tərəfində olmalıdır, lakin yol boyu Azərbaycan bundan imtina etdi”.

Xəbər 1048 dəfə oxunub.




18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +