Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub


08.05.2018  10:38 

XİN rəsmisindən Avropa İttifaqına ÇAĞIRIŞ





A+  A-

Azərbaycanın işğal olunmuş ərazilərinə indiyədək qeyri-qanuni maliyyə qoyuluşları aparılıb və bu, indi də davam etdirilir. Bu ərazilərdə yaradılmış qondarma rejimin fəaliyyətinə dəstək göstərilməsi Dağlıq Qarabağ münaqişəsinin həllini yubadır.
XəzərNews.az xəbər verir ki, bunu Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin XV iclasının ikinci sessiyasında çıxış edən Xarici İşlər Nazirliyinin idarə rəisi, səfir Kamil Xasıyev bildirib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi regionda qeyri-sabitliyin əsas amillərindən biridir: “Belə münaqişələr regionlarda qeyri-sabitliyə gətirib çıxarır. BMT-nin qətnamələrinə görə, münaqişə həll olunmalıdır. Bu qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü təsdiq edilib. Bu qətnamələrdə təkrarən təsdiqlənib ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir”.

K.Xasıyev deyib ki, ümumilikdə beynəlxalq cəmiyyətin fikirlərinə, beynəlxalq hüquq normalarının pozulmasına baxmayaraq, Ermənistan işğalçı mövqeyindən geri çəkilməyib:

“Ermənistan status-kvonu saxlamağın tərəfdarıdır. O, fiziki güclərini möhkəmləndirməyə çalışır, orada yaşayan azərbaycanlıların öz evlərinə qayıtmasının qarşısını alır. Son illər ərzində də təmas xətti boyunca Ermənistan-Azərbaycan qüvvələrinin dayandığı ərazilərdə Azərbaycan kəndlərinin atəşə tutulması davam etdirillib, Azərbaycan vətəndaşları da hədəf olub”.

Onun sözlərinə görə, Azərbaycan gözləyir ki, Avropa İttifaqı və ona üzv ölkələr beynəlxalq öhdəliklərə uyğun olaraq, eyni vəziyyətlərdə tətbiq etdiyi müəyyən iqtisadi-siyasi tədbirləri işə salsın. Bu, Azərbaycanın ərazi bütövlüyünün pozulmasının qarşısını ala bilər:

“Bu, hər hansı malların, xidmətlərin Dağlıq Qarabağa satılmasının qarşısını ala bilər. Ümid edirik ki, bu addım qeyri-qanuni əməliyyatların qarşısını alacaq”.



Xəbər 2196 dəfə oxunub.




18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +