Bu qurumun 4 milyon vergi borcu var
Prezident İlham Əliyev İrakli Kobaxidze ilə görüşüb
Borca görə intihara cəhd etdi
Britaniyadan Ukraynaya 589 milyon dollarlıq hərbi yardım
Yaşıllıqları qanunsuz kəsdilər
Amin Quliyev Tailanda Dünya Kubokunu qazandı
“Bolt” yalan danışır?
AFFA-nın 33 milyonu və futbolumuzun “inkişafı”
İlham Əliyevin Əhməd Əl Şaraa ilə görüşü olub
Bank kartlarımız necə talanır? - AÇIQLAMA


27.02.2025  15:32 

İcma bəyanat YAYDI





A+  A-

Qərbi Azərbaycan İcması Avropa İttifaqı – Ermənistan Parlament Tərəfdaşlıq Komitəsinin 25 fevral 2025-ci ildə keçirilmiş iclasında qəbul edilən yekun sənədini qınayır və tamamilə rədd edir.

XəzərNews.az xəbər verir ki, bu barədə icmanın bəyanatında qeyd edilib.

Sənəddə bildirilib ki, Avropa Parlamenti və Ermənistan parlamenti tərəfindən qəbul edilmiş bu sənəd irqçilik, insan hüquqlarına hörmətsizlik, Azərbaycanın ərazi bütövlüyünə qəsd xarakteri daşıyır və regionda yeni müharibənin yaradılmasına xidmət edir:

"Azərbaycan ərazilərinin 20 faizini işğal edərək minə yaxın şəhər və kəndi dağıdıb, 20 mindən artıq azərbaycanlını Azərbaycan ərazisində qətlə yetirib, 4000 azərbaycanlını məcburi itkin düşməyə məruz qoyub, milyonlarla mina və partlamamış hərbi sursatla Azərbaycan ərazilərinin 13 faizini çirkləndirən Ermənistan “demokratiya” təcəssümü və “sülh göyərçini” kimi qələmə verilir. Sanki irqçi ideologiya əsasında öz ərazisindən və vaxtilə işğal etdiyi Azərbaycan ərazilərindən bir milyondan artıq azərbaycanlını etnik təmizləməyə məruz qoyan Ermənistan deyil".

İcmanın bəyanatına əsasən azərbaycanlı qaçqın və məcburi köçkünlərin taleyinə otuz ildən artıqdır ki, biganə yanaşanların indi Azərbaycanın Qarabağ bölgəsindən könüllü köçüb getmiş ermənilərlə bağlı məsələləri qaldırması açıq-aşkar irqi ayrı-seçkiliyin nümunəsidir:

"Ermənistanda kütləvi və sistematik şəkildə dağıdılan Azərbaycan mədəni irsi, azərbaycanlıların pozulmuş mülkiyyət hüquqları və onların qayıdış hüququ məsələsini görməzdən gələn Avropa Parlamentinin insan hüquqları və humanitar hüquq məsələsindən danışmağa mənəvi haqqı yoxdur.

Xocalı soyqırımının ildönümündə həmin soyqırımını törətməkdə şübhəli bilinərək məhkəmə qarşısına çıxarılmış şəxslərin azadlığa buraxılmasına dair çağırış etmək məhkəmə müstəqilliyinə qarşı yönəlməklə, Xocalı qurbanlarının xatirəsinə hörmətsizlikdir. Bu cür çağırışlar faktiki olaraq, Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı müharibə cinayətlərinə haqq qazandırır, Ermənistana cəzasızlıq vəd edir və onu bu cür cinayətləri təkrarlamağa cəsarətləndirir".

Bəyanatda vurğulanıb ki, militarist məqsədlərə xidmət edən “Avropa Sülh Fondu” və Avropa İttifaqının Ermənistandakı missiyasına (EUMA) sənəddə edilən çoxsaylı istinadlar Avropa İttifaqının Ermənistanın hərbiləşdirməsini bundan sonra da davam etdirəcəyinin göstəricisidir.

"ATƏT-in “Minsk Qrupu” adlı qondarma quruma, onun mənfur “Madrid Prinsiplərinə” istinad bu bəyanatın müəlliflərinin əsl niyyətinin bölgədə yenidən münaqişə yaratmaq olmasına şübhə yeri qoymur.

Xüsusilə ciddi diqqət yetirilməli məqam ondan ibarətdir ki, bu bəyanata Ermənistanın hakim partiyasının çoxluq təşkil etdiyi parlamenti də razılıq verib. Bu onu sübut edir ki, Ermənistan hökuməti sülh danışıqlarında səmimi deyil və bu danışıqlardan özünün kütləvi silahlanma proqramını başa çatdırmaq üçün örtük kimi istifadə edir.

Biz beynəlxalq ictimaiyyəti Ermənistanın və Avropa İttifaqının insan hüquqları və sülhə qarşı bu addımlarına qarşı çıxmağa çağırırıq" -deyə, icma bəyanatında bildirib.

Xəbər 1135 dəfə oxunub.




11.04.2025  19:36 

Bu qurumun 4 milyon vergi borcu var

11.04.2025  19:30 

Borca görə intihara cəhd etdi

11.04.2025  16:32 

“Bolt” yalan danışır?

11.04.2025  14:05 

Sabahın havası: Yağmursuz...

11.04.2025  11:53 

Xanlar Vəliyev hakim təyin edilib

11.04.2025  08:20 

Ermənilər atəşkəsi pozub


BÜTÜN XƏBƏRLƏR +