FHN “Dədə Qorqud” Şadlıq Evini bağladı
Xanlar Vəliyev getdi.... - Səlahiyyət müddəti uzadılmadı
FHN-dən xəbərdarlıq: Güclü külək əsəcək
Şahzadə Harri məhkəməyə görə Londona gəlib
Döyüşən Çin əsgərləri... - Zelenski Çinin reaksiyasını gözləyir
Xanlar Vəliyevin dövründə ciddi nöqsanlar olub - Açıqlama
“Mona Liza“ Şadlıq Sarayı: Ciddi nöqsanlar var
Heydərovların Londondakı şirkətləri bağlanır
Oleq Sinegubova sui-qəsd: 50 min dollara...
Tanınmış həkim “Şərəf” ordeni ilə təltif edildi


11.04.2017  14:44 

Fazil Mustafadan sərt CAVAB: “Ləyaqətini itirmiş...”





A+  A-

“Rəhim Qazıyev “Təzadlar” qəzetinə müsahibəsində deyib ki, “Mən Fazil Qəzənfəroğlu ola bilmərəm, mənim 75 yaşım var, həmişə də bir sifətim olub. Məni siyasi mövqeyim, elmi baxışlarım kimlərinsə xoşuna gəlməyə bilər, bunu normal qarşılayıram”.
XəzərNews.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa öz facebook səhifəsində yazıb.

Deputata qeyd edib ki, Allah, Millət və Vətən qarşısında da alnıaçıq hesabat verəcəyimə əmin olmazsam, bu gün siyasətin içində olmağı özümə həqiqətən rəva bilmərəm:

“Ancaq bu üz, sifət, həya mövzusunun Rəhim Qazıyev kimi birisinin dilindən səslənməsi mənə xeyli gülməli göründü. Əmin olduğum bir şey var ki, öz mənasız ömür kitabını adam daha diqqətlə vərəqləsə, o zaman Fazil Qəzənfəroğlu olmağın özü üçün böyük bir şərəf olduğunu dərhal anlardı”.

Millət vəkili əlavə edir ki, bu yerdə nədənsə xatirimə “Nəsimi” filmindəki bir epizod düşdü:

“Teymur saray əyanlarının yanında Əlincə qalasındakı uğursuzluğa görə oğlu Miranşaha qarşı sərt davranış göstərir. Miranşah qayıdır ki: “Hökmdar, bəs mənim şərəfim, ləyaqətim?” Teymurun cavabı həqiqətən ibrətamizdir: “Sən öz şərəfini, ləyyaqətini Əlincə qalasında itirmisən!” İndi bu Rəhim Qazıyev hələ də anlamır ki, “öz şərəfini, ləyaqətini Şuşa qalasında itirmiş” və buna görə “başına güllə çaxmağı unutmuş” birinin “bir sifətdən” danışması nə deməkdir”.

“Ancaq Rəhim Qazıyevə tövsiyə edirəm ki, özü üçün həmişə qürur yeri olan o “bir sifət”ini möhkəm-möhkəm qorusun, çünki bu millət üçün yüzlərlə and yeri olmaqla yanaşı, hər dəfə islatmaq üçün bu cür xain sifətlərin də olması vacibdir ki, gələcəkdə kimsə şərəfini, ləyaqətini itirib Vətən torpağının alverçisinə çevrilməsin”, – deyə F.Mustafa qeyd edib.

Xəbər 2612 dəfə oxunub.




08.04.2025  18:13 

Bondarenko istefa verdi

07.04.2025  19:07 

Ev tikən, yoxsa məscid sökən?!


BÜTÜN XƏBƏRLƏR +