Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı


05.08.2020  14:12 

Beyrutdakı partlayışın vurduğu ziyanın məbləği açıqlandı





A+  A-

Beyrut limanında baş verən güclü partlayışın vurduğu ziyan 3-5 milyard dollar dəyərində qiymətləndirilir.
XəzərNews.az xəbər verir ki, bu barədə Beyrut şəhərinin qubernatoru Marvan Abbud açıqlama verib.

“Beyrut yanğınsöndürmə briqadasının 10 üzvünü itirdik. Fəlakətin vurduğu ziyan 3-5 milyard dollar olaraq qiymətləndirilir”,- deyə Marvan Abbud qeyd edib.

Livan Səhiyyə naziri Hamad Hassan da öz növbəsində “Sky News Arabia”ya verdiyi müsahibədə Beyrutdakı vəziyyəti “epidemioloji bir fəlakət” adlandırıb. Onun sözlərinə görə, partlayış nəticəsində dörd xəstəxana tamamilə dağılıb, bu səbəbdən xəstələr digər müəssisələrə yerləşdirilməli olub. Xəstəxanalarda itki sayının çox olması səbəbindən yer çatışmazlığı yaşanır.

Koronavirusun yayılması ilə şəhərdəki vəziyyət daha da çətinləşir. Nazirin sözlərinə görə, ölkədəki vəziyyəti “sözün tam mənasında fəlakət” kimi təsvir etmək olar.

Qeyd edək ki, ötən gün Livanın paytaxtı Beyrutda pirotexniki anbarda baş verən partlayış nəticəsində 100-dən çox insan həlak olub, 4000 mindən çox insan xəsarət alıb.



Xəbər 2071 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +