Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı


25.09.2024  17:16 

“2030-cu ilə qədər 100 milyard dollarlıq turizm hədəfinə çatacağıq“ - Nadir Alpaslan





A+  A-

"2030-cu ilə qədər 100 milyard dollarlıq turizm hədəfinə çatacağıq və Türkiyə dünya turizmində nəhəng ölkələr sırasına daxil olacaq" - bu fikirləri Türkiyənin Mədəniyyət və Turizm Nazirinin müavini Nadir Alpaslan bildirib.

Xəzərnews.az xəbər verir ki, Türkiyə Turizm Tanıtım və İnkişaf Agentliyi ilə Türkiyənin turizm dəyərlərini xüsusilə sosial media və ya rəqəmsal mühitlərdə və media qurumlarında təbliğ etdiklərini bildirən nazir müavini Nadir Alpaslan qeyd edib ki, Türkiyə turizmdə indi yüksəliş dövrünü yaşayır.

“Bu tanıtımlarla ölkəmizin turizm gəlirlərini daha da artırmaq istəyirik. Bu yolla 2024-cü ildə turist sayını 56 milyondan 60 milyona çatdırmağı hədəfləyirdik. Keçən 9 ayda buna demək olar ki, nail olmuşuq. Bu il turizm gəlirlərimizi 60 milyard dollara çatdıracağıq. İqtisadi reallaşmalar göstərir ki, biz bu məqsədlərə asanlıqla nail ola bilərik. Ölkəmizin rifahı, insanlarımızın məşğulluğu kimi məsələlərdə 60 milyard dollar kimi bir rəqəmin nə qədər əhəmiyyətli olduğunu hamımız bilirik. Yaxın gələcəkdə bu 60 milyard dollarla kifayətlənməməyi planlaşdırırıq, amma inşallah 100 milyard dollara doğru möhkəm addımlar ataraq 2030-cu ilə qədər 100 milyard dollar hədəfinə çataraq Türkiyəni dünyanın turizmdə nəhəng ölkələrindən birinə çevirəcəyik. "-deyə Türkiyənin Mədəniyyət və Turizm Nazirinin müavini Nadir Alpaslan bildirib.

Xəbər 4407 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +