Mixail Saakaşvili: “İlham Əliyev regionun lideridir...“
Naxçıvan Səhiyyə Nazirliyində nələr baş verib?
Əvəz Zeynallı ilə bağlı məhkəməyə müraciət edildi
Sahil Babayevə müavinlər təyin olundu
“Azercell”in ad günü kampaniyasına ETİRAZ
Yaşayış binasındakı yanğın söndürüldü
Sürücü Tibb Mərkəzindən məcburi şəkildə çıxarılıb
Yanğına görə avtomobillərin hərəkəti məhdudlaşdırıldı
Gürcüstan Prezidenti Azərbaycana səfərə gəlib
Ağ Ev Harvard Universiteti üçün qrantları dayandırır


20.07.2020  15:37 

“Facebook“da Vilayət Eyvazovun adına saxta səhifə açılıb





A+  A-

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkə istifadəçilərinə müraciət edib.
DİN-dən XəzərNews.az-a verilən məlumata görə, müraciətdə deyilir: "Facebook sosial şəbəkəsində Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun adına naməlum şəxslər tərəfindən saxta səhifə açılaraq orada təhrif olunmuş yanlış məlumatlar yerləşdirilib.

Bununla əlaqədar sosial şəbəkə istifadəçilərinin nəzərinə çatdırırıq ki, qeyd olunan səhifə saxtadır və oradakı paylaşımlar kimlərinsə uydurmasından başqa bir şey deyil. Məlumat üçün bildiririk ki, Daxili İşlər Nazirliyinin sosial şəbəkələrdə rəsmi səhifələri mövcuddur və bundan başqa Nazirliyin ümumiyyətlə heç bir əməkdaşının sosial şəbəkələrdə səhifəsi yoxdur.

Odur ki, vətəndaşlarımızdan təxribat məqsədi ilə yaradılan belə saxta səhifələri izləməmələrini, yalnız DİN-in sosial şəbəkələrdəki rəsmi səhifərindən istifadə etmələrini xahiş edirik.

Məlumat üçün bir daha internet istifadəçilərinin diqqətinə çatdırırıq ki, ictimaiyyətlə əlaqələrin daha da genişləndirilməsi, polis-vətəndaş və polis-media münasibətlərinin yaxşılaşdırılması məqsədilə Daxili İşlər Nazirliyinin sosial şəbəkələrdə yaradılmış rəsmi səhifələri artıq dörd ilə yaxındır fəaliyyət göstərir. Vətəndaşlar DİN-in rəsmi www.mia.gov.az saytından “Facebook”, “Instagram”, “Twitter” və “YouTube” hesablarına keçid işarələrindən istifadə edərək, yaxud aşağıdakı linklər vasitəsilə həmin səhifələrə daxil ola və abunə yazılmaqla məlumatları əldə edə bilərlər:

https://www.facebook.com/polisazerbaycan, https://www.instagram.com/polisazerbaycan/

https://twitter.com/polisazerbaycan

https://www.youtube.com/polisazerbaycan"

Xəbər 1630 dəfə oxunub.




15.04.2025  14:35 

Paşinyan sülhdən danışdı


BÜTÜN XƏBƏRLƏR +