Mixail Saakaşvili: “İlham Əliyev regionun lideridir...“
Naxçıvan Səhiyyə Nazirliyində nələr baş verib?
Əvəz Zeynallı ilə bağlı məhkəməyə müraciət edildi
Sahil Babayevə müavinlər təyin olundu
“Azercell”in ad günü kampaniyasına ETİRAZ
Yaşayış binasındakı yanğın söndürüldü
Sürücü Tibb Mərkəzindən məcburi şəkildə çıxarılıb
Yanğına görə avtomobillərin hərəkəti məhdudlaşdırıldı
Gürcüstan Prezidenti Azərbaycana səfərə gəlib
Ağ Ev Harvard Universiteti üçün qrantları dayandırır


05.03.2019  12:10 

Azərbaycanda 32 xristian dini icması var





A+  A-

"Azərbaycan dini etiqad, vicdan azadlığı baxımından dünyada nümunə göstərilə biləcək ölkələr sırasındadır, bəlkə də bu ölkələrdən birincisidir".
XəzərNews.az-ın məlumatına görə, bunu “Dinlər və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru” adlı beynəlxalq konfransda çıxış edən Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

"Azərbaycan özünəməxsus dövlət-din modelinə malikdir. Azərbaycan dinlərin, mədəniyyətlərin qovşağı olan bir dövlət kimi dünyaya öz modelini göstərib".

M.Qurbanlı bildirib ki, Azərbaycan mədəniyyətlərarası, dinlərarası münasibətlərin həyata keçirilməsində mühüm rol oynayır. Bakı şəhəri bu müzakirələrdə mərkəz şəhər kimi çıxış edir.

Komitə sədri əlavə edib ki, bu gün Azərbaycanda 909 dini icma qeydiyyatdan keçib, onlardan 32-si xristian dini icmasıdır.

M.Qurbanlı deyib ki, Azərbaycan əhalisinin 96 faizi müsəlmandır: "Qalan dini icmaların üzvlərinin Azərbaycanda hərtərəfli fəaliyyəti üçün hər çür şərait yaradılıb. Azərbaycan müxtəlif dinlərin, sivilizasiyaların qovşağında yerləşən ölkədir. Bu xüsusiyyətimiz xalqımızn xarakterində, tarixində əksini tapıb".



Xəbər 1384 dəfə oxunub.




15.04.2025  14:35 

Paşinyan sülhdən danışdı


BÜTÜN XƏBƏRLƏR +