Mixail Saakaşvili: “İlham Əliyev regionun lideridir...“
Naxçıvan Səhiyyə Nazirliyində nələr baş verib?
Əvəz Zeynallı ilə bağlı məhkəməyə müraciət edildi
Sahil Babayevə müavinlər təyin olundu
“Azercell”in ad günü kampaniyasına ETİRAZ
Yaşayış binasındakı yanğın söndürüldü
Sürücü Tibb Mərkəzindən məcburi şəkildə çıxarılıb
Yanğına görə avtomobillərin hərəkəti məhdudlaşdırıldı
Gürcüstan Prezidenti Azərbaycana səfərə gəlib
Ağ Ev Harvard Universiteti üçün qrantları dayandırır


07.04.2017  16:57 

Qabiliyyət imtahanı verəcək abituriyentlərə ŞAD XƏBƏR





A+  A-

Dövlət İmtahan Mərkəzi (DİM) xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyənlər üçün "Abituriyent" jurnalının xüsusi buraxılışı olan vəsaitləri nəşr edib.
XəzərNews.az xəbər verir ki, vəsaitlərdə xüsusi qabiliyyət tələb edən ixtisasları seçənlərin imtahana səmərəli hazırlaşmaları üçün qabiliyyət imtahanı proqramları, qiymətləndirmə meyarları, imtahanlara hazırlıqla bağlı tövsiyələr, tapşırıq nümunələri, reproduksiyalar, normativlər, ixtisasların yığcam xarakteristikası, onların hansı ali təhsil müəssisələrində olması haqqında məlumatlar və s. vacib materiallar əksini tapıb.
Xüsusi qabiliyyət tələb edən ixtisaslara dair materiallar istiqamətlərinə uyğun olaraq 5 kitabçada təqdim edilib:

1. Təsviri sənət
2. Musiqi sənəti
3. Memarlıq və dizayn
4. Teatr, kino və xoreoqrafiya sənətləri
5. Bədən tərbiyəsi və idman
Vəsaitlərdə həmçinin ümumi (9 illik) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə proqramlar, qiymətləndirmə meyarları və tövsiyələr də verilib.
Vəsaitlərin elektron versiyasını (pdf formatında) DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti və ya abiturient.az saytının "DİM nəşrlərinin PDF formatda satışı" bölməsi vasitəsilə ödəniş etməklə əldə etmək olar (Xidmətə keçid: http://eservices.tqdk.gov.az/ejurnal/).


Xəbər 1707 dəfə oxunub.




15.04.2025  14:35 

Paşinyan sülhdən danışdı


BÜTÜN XƏBƏRLƏR +