Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


05.10.2017  10:12 

Pike etirazlara cavab verdi





A+  A-

“Barselona”nın futbolçusu Jerard Pike İspaniya millisində çıxışını davam etdirəcəyini bildirib.
XəzərNews.az xəbər verir ki, futbolçunun Kataloniyanın müstəqilliyi aksiyalarına dəstək verməsini azarkeşlər etirazla qarşılayıb. Pike isə etirazlara cavab vermək üçün mətbuat konfransı təşkil edib.

“Təhqirə məruz qalmaq və fitə basılmaq mənə xoş deyil. Amma milli komandanı tərk etmək məni fitə basanları haqlı çıxarmış olar. Müstəqillik tərəfdarı da İspaniya milli komandasında oynaya bilər. Müstəqillik tərəfdarı olmaq İspaniyaya qarşı olmaq demək deyil.

15 ildir millinin formasını geyinirəm. Bura mənə ailə kimidir. Milli komandada oynamaqdan qürur duyuram. Heç kim buna şübhə etməsin”,-deyə bildirib.

O, millinin kapitanı Serxio Ramosla arasında qalmaqal olması ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib. Pike “Serxio ilə münasibətim kifayət qədər normaldır. Hətta biznes sahəsində belə şərikli iş görəcəyik",deyə söyləyib.



Xəbər 1948 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +