Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


13.09.2017  00:37 

"Qarabağ" Londonda kabus yaşadı





A+  A-

"Qarabağ" komandası futbol üzrə Çempionlar Liqasının qrup mərhələsində debüt edib.
XəzərNews.az-ın məlumatına görə, C qrupunda yer alan Azərbaycan təmsilçisi ilk turda İngiltərənin paytaxtı Londonda "Çelsi"nin qonağı olub.
"Stemford Bric" stadionunda keçirilmiş qarşılaşma meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 6:0.
"Çelsi" ilk yarıda 2, fasilədən sonra isə 4 qol vurub. Bu oyunda Ansi Aqollinin zədə üzündən meydana çıxmaması və arxa xətdə buraxılan kobud səhvlər öz sözünü deyib. Xüsusən, qapıçı İbrahim Şehiçin inamsız oyunu qeyd edilməlidir. Ön xətdə isə "Qarabağ" ciddi heç nə ilə yadda qalmayıb. Yalnız oyunun sonlarında Dino Ndlovu qol imkanı qazansa da, zərbəsi qapının üstündən keçib.
Beləliklə, "Qarabağ" Çempionlar Liqasında mübarizəyə böyük hesablı məğlubiyyətlə başlayıb.

Xəbər 1768 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +