Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub


13.05.2019  09:38 

“Mançester Siti” çempion oldu





A+  A-

Bu gün İngiltərə Premyer Liqasının sonuncu 38-ci turu keçirilib.
XəzərNews.az xəbər verir ki, turnir cədvəlinə liderlik edən "Mançester Siti" "Brayton"un qonağı olub. Oyunun 27-ci dəqiqəsində ev sahibi hesabda irəli keçsə də, qonaqlar cəmi 1 dəqiqə sonra qolun əvəzini çıxıblar və ilk hissənin sonlarına yaxın hesabda önə keçməyi də bacarıblar.

İkinci hissədə qonaqlar üstünlüyü əldən verməyiblər və rəqibin qapısından daha 2 top keçiriblər. Oyun "Mançester Siti"nin 1:4 hesablı qələbəsi ilə yekunlaşıb.

Qollar: Qlen Mürrey (27-ci dəqiqə), Serxio Aquero (28-ci dəqiqə), Emerik Lyaport (38-ci dəqiqə), Riyad Mahrez (63-cü dəqiqə) və İlkay Gündoğan (72-ci dəqiqə).

"Mançester Siti"nin turnir cədvəlində ən yaxın izləyicisi olan "Liverpul" öz meydanında "Vulverhempton"u 2:0 hesabı ilə məğlub edib.

Turnir cədvəlində "Mançester Siti" 98 xal, "Liverpul" isə 97 xal toplayıblar.

Beləliklə, "Mançester Siti" İngiltərə Premyer Liqasının 2018/2019 mömsümünün qalibi olub.

Xəbər 1528 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +