İsrail Türkiyəni hədələyib İranı vuracaq?
“Atlant“ İstirahət Mərkəzinə həbs qoyuldu
Tramp Azərbaycanı alqışladı - SƏBƏB?
Penitensiar Xidmətdə ixtisarlar başlayır?
DİN-dən “uçan taksi“ ilə bağlı açıqlama....
Prezident Türkiyəyə işgüzar səfər edib
Ərinə xəyanət edən müğənnilə bağlı... - TV-də araşdırma başladı
Azərbaycan sərhədə qüvvə yığır?
Argentina Xamneyinin həbsini tələb edir
Nazim Quliyevə 8 il iş verildi


16.08.2021  13:49 

Kabil hava limanında 5 nəfər ölüb





A+  A-

Bu gün Əfqanıstan paytaxtı Kabilin hava limanında çaxnaşma və atışma zamanı 5 nəfər həlak olub.
XəzərNews.az xəbər verir ki, bu barədə məlumatları hadisə şahidlərinə istinadən “Reuters” agentliyi yayıb.

Məlumata əsasən, Kabilin Həmid Qərzai beynəlxalq hava limanında şahidlərin biri cəsədlərin avtomobilə daşındığını görüb. Digər bir şahidin sözlərinə görə isə, bu insanların məhz hansı şəraitdə həlak olduğu ilə bağlı dəqiq məlumat yoxdur.

“Al Arabiya” telekanalı isə öz növbəsində hava limanında insident zamanı 4 nəfərin həlak olduğu və 13 nəfərin xəsarət aldığı barədə məlumat yaymışdı.

Qeyd edək ki, "Taliban" radikal hərəkatı Əfqanıstanın bütün ərazisinə vəziyyətə nəzarəti ələ keçirdikdən sonra vətəndaşlar ölkəni tərk etməyə cəhd edirlər.

Hətta bir qrup insan paytaxtın yeganə hava limanında uçuş-eniş zolağına çıxdığından amerikalı hərbçilər havaya atəş açmaq məcburiyyətində qalıb.

Xəbər 1835 dəfə oxunub.




10.04.2025  13:55 

Nazim Quliyevə 8 il iş verildi

10.04.2025  09:15 

Bu yollarda sıxlıq var - Siyahı

09.04.2025  19:10 

Bu Mərkəzə direktor təyin edildi


BÜTÜN XƏBƏRLƏR +