Tikinti sektorunda Təhməzlilər imperiyası...
Ukrayna PUA-ları Bryanskı hədəf aldı: 18 ev yandı
Sel suları avtomobil yolunun bir hissəsini yararsız hala saldı
Güclü külək səbəbindən avtobus yoldan çıxdı
Məhkəmə generalın qardaşı ilə bağlı qərar verdi
Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?


06.07.2020  13:11 

İsrail orbitə kəşfiyyat peyki çıxardı





A+  A-

Yeni nəsil "Ofek-16" kəşfiyyat peyki bu gün səhər İsrailin mərkəzi kosmodromundan orbitə buraxılıb.
XəzərNews.az xəbər verir ki, bu barədə İsrailin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib:

"Bu gün saat 04:00-da İsrail Müdafiə Nazirliyi və İsrail aviasənaye şirkəti "IAI" "Ofek-16" kəşfiyyat peykini İsrailin mərkəzi kosmodromundan uğurla fəzaya buraxıb".

Peyk buraxıldıqdan sonra ölkənin mərkəzindəki Palmahim bazasında hərbi mütəxəssislər və elm adamları tərəfindən müşahidə olunub.

İsrailin Müdafiə naziri Beni Qanz peykin buraxılmasını İsrailin müdafiə sənayesinin üstün nailiyyəti adlandırıb.

Briqada generalı Şlomi Sudri xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında "Peykin orbitə çıxarılması son dərəcə uğurlu oldu. İndi kosmik gəmi orbitdə öz missiyasını yerinə yetirir və biz artıq yerüstü idarəetmə mərkəzində "IAI"-də sabit bir siqnal tuta bilirik və bu da peykin plana uyğun işləməsini göstərir"- deyib.

Bildirilir ki, "Ofek-16" İsrailin əvvəllər orbitə buraxdığı digər kosmik aparatlarla birlikdə işləyəcək.

Xəbər 2131 dəfə oxunub.




16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...


BÜTÜN XƏBƏRLƏR +