Tikinti sektorunda Təhməzlilər imperiyası...
Ukrayna PUA-ları Bryanskı hədəf aldı: 18 ev yandı
Sel suları avtomobil yolunun bir hissəsini yararsız hala saldı
Güclü külək səbəbindən avtobus yoldan çıxdı
Məhkəmə generalın qardaşı ilə bağlı qərar verdi
Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?


02.07.2020  12:37 

Rusiyada referendumun nəticələri elan olundu





A+  A-

Rusiyada Konstitusiyaya ediləcək dəyişikliklərlə bağlı ümumxalq səsverməsinin nəticələri elan olunub.
XəzərNews.az xəbər verir ki, Rusiyanın Mərkəzi Seçki Komissiyasının məlumatına görə, səsvermədə iştirak edənlərin 77,92 faizi dəyişikliklərin lehinə səs verib. Əleyhinə səs verənlərin nisbəti isə 21,27 faiz təşkil edib.

Rusiyanın əksər bölgələrinin sakinləri qanuna düzəlişlər edilməsinin tərəfdarı olub. Yeganə istisna 54,57 faiz əleyhinə səsin yığıldığı Nenets Muxtar Dairəsi olub. Bununla yanaşı Nyu-York, Berlin və Vyanada yaşayan Rusiya vətəndaşları da düzəlişlərin əleyhinə səs verib.

MSK sədri Ella Pamfilova bildirib ki, seçki məntəqələrinin bağlanmasından sonra qeydə alınan ümumi fəallıq 65 faizə çatıb.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən sosial məsafə və epidemioloji təhlükəsizlik qaydalarının təmin olunması üçün Rusiyada ümumxalq səsverməsinin 1 həftə ərzində keçirilməsinə qərar verilmişdi.

Xatırladaq ki, təklif olunan düzəlişlərin arasında Rusiya qanunvericiliyinin beynəlxalq qanunvericilikdən üstünlüyü, dövlətin ildə ən azı bir dəfə pensiyaların indeksləşdirilməsi öhdəliyi, tanrıdan və dövləti formalaşdıran rus xalqından bəhs edilən düzəlişlər, həmçinin hazırkı prezidentin növbəti müddətə yenidən seçilmək hüququ yer alıb.

Xəbər 1796 dəfə oxunub.




16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...


BÜTÜN XƏBƏRLƏR +