Tikinti sektorunda Təhməzlilər imperiyası...
Ukrayna PUA-ları Bryanskı hədəf aldı: 18 ev yandı
Sel suları avtomobil yolunun bir hissəsini yararsız hala saldı
Güclü külək səbəbindən avtobus yoldan çıxdı
Məhkəmə generalın qardaşı ilə bağlı qərar verdi
Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?


24.06.2020  15:11 

Rusiyada yoluxanların sayı 600 mini ötdü





A+  A-

Rusiyada son sutka ərzində daha 7 176 nəfərdə koronavirusa yoluxma faktının aşkarlanması ilə yoluxanların ümumi sayı 606 min 881-ə çatıb.
XəzərNews.az xəbər verir ki, bu barədə Rusiya hökumətinin koronavirusla mübarizə üzrə operativ qərargahının internet saytında açıqlama verilib. Bildirilib ki, ölkə üzrə aktiv koronavirus xəstələrinin sayı 229 min 546 nəfər təşkil edir.

Ötən gün ərzində xəstəlik səbəbindən daha 154 nəfərin həyatını itirməsi ilə ölüm hallarının sayı 8 513-ə çatıb. Ümumilikdə 368 min 822 pasiyent isə sağalaraq evinə buraxılıb.

Gürcüstanda sutka ərzində 3 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.

Bu barədə Gürcüstanda koronavirusla mübarizə çərçivəsində yaradılmış “Stopcov.ge” internet portalında məlumat verilib. Bununla ölkə üzrə xəstəliyə yoluxanların sayı 914-ə çatıb. Xəstəlik səbəbindən 14 nəfər həyatını itirib, 768 nəfər isə sağalaraq evinə buraxılıb.

Ermənistanda sutka ərzində daha 711 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzin saytında məlumat verilib. Yoluxanların ümumi sayı 21 717-yə çatıb.

Xəstəlik səbəbindən həyatını itirənlərin sayı daha 14 nəfər artaraq 386-ya çatıb. Ümumilikdə 10 797 pasiyent müalicə olunaraq sağalıb, 10 404 xəstənin müalicəsi davam etdirilir.

Qeyd edək ki, Ermənistanda epidemiyaya görə martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 13 iyula qədər uzadılıb.

Xəbər 1286 dəfə oxunub.




16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...


BÜTÜN XƏBƏRLƏR +