Zelenskinin ilə bağlı müxtəlif ssenarilər var - Narışkin
Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır


05.01.2023  15:01 

İran səfiri Tehrandakı erməni kilsəsində...





A+  A-

“İran Azərbaycandaki səfirini məsləhətləşmək üçün Tehrana çağırıb. Bu, İranın Azərbaycanla münasibətlərində ciddi böhranın olduğunu göstərir. Bu böhran birbaşa Tehran tərəfindən qaynaqlanır”.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə siyasi şərhçi Məhəmməd Əsədullazdə çıxış edib.

M.Əsədullazdə bildirib ki, Azərbaycanın İsraildə səfirlik açması və Avrasiya regionunda İsrail diplomatlarının Bakıda konfrans keçirilməsi qərarından sonra Tehran səfərini geri çağırdı:

“Bunu səssiz etsə də birbaşa ölkəmizə qarşı yeni planlar hazırlanır. Cavab olaraq Azərbaycan da öz səfirini məsləhətləşmək üçün Tehrandan geri çağırmalidır. İranın Azərbaycandakı səfəri Abbas Musəvi Tehranda erməni kilsəsinin təşkil etdiyi tədbirə qatılıb və birgə tort kəsiblər. Bu,Tehranın Azərbaycana qarşı düşmənlə bir mesajıdır. Səfirin Tehranın təlimatı olmasa belə bir tədbirə qatıla bilməzdi”.

Siyasi şərhçi əlavə edib ki, rəsmi Bakı Abbas Musəvini səfir olaraq qəbul etməməlidir:

“Göründüyü kimi, İran bütün diplomatik nəzakət qaydalarını kobud şəkildə pozur. İran Azərbaycan əlaqələrinin normallaşmasına gəldikdə, bu yaxın perspektivdə mümkün olmayacaq. Güney Azərbaycan məsələsi İran və Azərbaycan arasında başlıca problemə çevrilib”.

L.Zahidqızı
XəzərNews.az


Xəbər 1006 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +